Onlar necə danışırlar?
Məşhur yazıçıların müsahibələrindən maraqlı fraqmentlər!
(əvvəli ötən şənbə sayımızda)
Ernest Heminquey: "Məntiqli bir sual mənə nə ləzzət edər, nə də ürəyimi bulandırar. Buna baxmayaraq, mən bir yazarın necə yazdığını şərh etməyin yaxşı bir şey olduğunu düşünmürəm. Adam oxunmaq üçün yazır, şərhlər və tənqidlər gərəksizdir. Bəlkə nəsə ilk oxunuşda aydın olmayacaq, deməli, əmin olmalısınız ki, daha dərin mənalar var. Lakin yazıçının işi bunları açıqlamaq, əsərindəki qarışıq hissələrə ekskursiyalar təşkil etmək deyil."
Viktor Pelevin: "Mən yazdığım mətnlər barəsində nadir hallarda düşünürəm və demək olar, öz yazdıqlarımı oxumuram. Hərdən internetdə müəllifi olduğum hansısa abzasla rastlaşanda xoşuma gəlir, baxıram, oxuyuram, bəzən də xatırlamıram. İstənilən kitabımdan ola bilər bu abzas. Əlbəttə, oxucuların fikirləri mənim üçün önəmlidir. Oxucuların fikirlərinin mərkəzi hər yerdədir, sərhədi isə yoxdur. Özümü danlamaqdan çəkinirəm, çünki vaxt ötdükcə, istidə ikiyə parçalanmaq daha da müşkül olur mənimçün."
Cerom David Selincer: "Niyə kitablarımı imzalamaqdan nifrət edirəm? Çünki bu ritualı qəbul edə bilmirəm. Mənasız hərəkətdir. Kiminsə üçün adını yazaraq imza atırsan. Aktyorların avtoqraf vermələri qəbulolunandır, çünki onların verə biləcəyi yeganə şey sifətləri və adlarıdır. Lakin yazıçılarda vəziyyət tam fərqlidir. Onlar əsərlər yazırlar. Bu səbəbdən də düşünürəm ki, imza əsərlə müqayisədə çox cılız görünür. Əsla bunu etmə! Özünə hörmət edən heç bir yazıçı bunu etməməlidir".
(ardı olacaq)
Digər Xəbərlər
2025-02-25 20:16:00

2025-02-25 20:06:25

2025-02-25 19:49:50

2025-02-25 19:01:38

2025-02-25 18:38:16

2025-02-25 18:18:27

2025-02-25 18:16:30

2025-02-25 17:24:00

2025-02-25 17:22:03

2025-02-25 17:20:21

2025-02-25 17:13:00

2025-02-25 17:10:18

2025-02-25 17:08:04

2025-02-25 16:59:00

2025-02-25 16:44:01

2025-02-25 16:28:00

2025-02-25 16:25:30
