İtalyan memarlar “Sovetski”yə görə Bakıya gəlib
10:16 11-02-2014
CƏMİYYƏT
İtalyan memarlar “Sovetski”yə görə Bakıya gəlib
“Yaxın vaxtlarda Bakıda nəhəng tikinti layihəsinin həyata keçirilməsinə başlanacaq. İtaliyadan olan memar, arxitektor və dizaynerlərin bir qrupu bununla bağlı Azərbaycana dəvət olunub.
Onlar Bakının Baş Planına uyğun olaraq böyük Milli Parkın (meşə zolağının) yaradılması üzrə layihə işləyib hazırlayıblar. Bu yaşıl zolaq metronun “Nizami” və “Elmlər Akademiyası” stansiyaları arasındakı böyük bir ərazini əhatə edəcək”.
Bunu söhbətində hazırda Bakıda olan italyan jurnalist Sandro Teti deyib. Qeyd edək ki, xanım Tetinin əri də İtaliyadan Bakıya dəvət olunmuş memar-arxitektor qrupuna daxildir.
Qeyd edək ki, bu yeni meqalayihənin həyata keçirilməyə başlaması ilə əlaqədar olaraq mart ayından etibarən Bakının Yasamal rayonu ərazisindəki bir çox küçələrdə köhnə evlərin kütləvi şəkildə sökülməsinə start veriləcək. Həmin küçələr aşağıdakılardır: Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzağa Əliyev, Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan, İsmayıl Qutqaşınlı və Nəriman Nərimanov prospekti. Bu ərazidəki köhnə həyət evlərinin sökülməsini 2014-cü ilin sonlarına qədər başa çatdırmaq nəzərdə tutulur.
Adıçəkilən küçələrdəki gecəqaondular və köhnə birmərtəbəli həyət evlərinin hamısı söküləcək. İcra hakimiyyətinin və mənzil-istismar sahələrinin nümayəndələri ötən həftədən etibarən bu evlərin sahibləri və sakinləri ilə danışıqlara başlayıblar. Qalmaqallı “Qış parkı”nın tikintisi zamanı həyata keçirilən söküntüdə olduğu kimi əhaliyə bu dəfə də hər 1 kvadratmetr yaşayış sahəsinə görə 1500 manat kompensasiya vermək nəzərdə tutulur. Yada salaq ki, bu normativ Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
Lakin nəzərə alınmalıdır ki, “Sovetski” məhəlləsi adı ilə tanınan bu ərazilər paytaxtın əhalinin ən sıx yaşadığı məşhur gecəqondular kvartalıdır. Burada on minlərlə adam yaşayır ki, bu da “Qış parkı” adlı ərazidə aparılan söküntüdə olduğu kimi, kütləvi sosial narazılıqlara yol aça bilər. Məsələ ondadır ki, “Sovetski”də 20-30 kvadratmetrlik balaca gecəqondularda yaşayan adamlara təklif olunan kompensasiya onlara paytaxtın digər yerlərində mənzil almağa imkan verməyəcək. Fərz edək ki, 4 nəfərlik bir ailə şəhərin mərkəzində 30 kvardatmetrlik mənzil sahibidir. Ona bu evə görə 45 min manat kompensasiya veriləcək. Amma ailə bu pulla Bakının ucqarlarında da mənzi9l ala bilməyəcək. Bu da onu narazı salacaq.
Beləliklə, gecəqonduların kütləvi söküntüsü “Eurovision” yarışması ərəfəsində olduğu kimi Bakı I Avropa Olimpiya Oyunları ərəfəsində də paytaxtda yeni sosial narazılıq dalğası doğuracaq. Yada salaq ki, “Qış parkı”nın tikintisi zamanı baş verənlər yerli və beynəlxalq hüquq müdafiəçilərinin kəskin etirazlarına səbəb olmuşdu. 2012-ci ildəki ssenari Bakıda yenə də təkrarlana bilər...
Digər Xəbərlər
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12
2024-12-26 13:33:10
2024-12-26 13:23:39
2024-12-26 13:23:00
2024-12-26 13:02:00
2024-12-26 12:34:30
2024-12-26 12:26:14