Füzuli Ələkbərovun oğlu məhkəmədə ifadə verib
10:19 11-02-2014
CƏMİYYƏT
Füzuli Ələkbərovun oğlu məhkəmədə ifadə verib
Şəki Ağır Cinayətlər Məhkəməsində ötən il yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələrlə bağlı saxlanılan şəxslərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun oğlu Vüqar Ələkbərov və İsmayıllı rayonun sabiq icra başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərov zərərçəkmiş qismində ifadə veriblər.
V. Ələkbərov bildirib ki, "Çıraq" oteli onun adına olsa da, turizm şirkətlərindən birinə icarəyə verib. O, hadisələr baş verən zaman Bakıda olduğunu, hadisələr barədə televiziyadan xəbər tutduğunu və hər hansı mülki iddiasının olmadığını deyib.
E. Ələkbərov da hadisələr baş verəndə Bakıda olduğunu deyib. O, təqsirləndirilənlərdən Cəfər adlı şəxsin onun evinin və maşının insanlar tərəfindən yandırılmasının qarşısını almağa kömək etdiyindən xəbəri olduğunu və hər hansı mülki iddiasının olmadığını qeyd edib. Daha sonra prosesdə hadisələrlə bağlı videolar nümayiş etdirilib. Bundan sonra fasilə elan olunub.
Digər Xəbərlər
2024-12-26 11:04:45
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:46:20
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19