Azərbaycanda onlara qulaq asan niyə yoxdur?
12:33 12-02-2014
CƏMİYYƏT
Azərbaycanda onlara qulaq asan niyə yoxdur?
Ekspert: "Radiolara marağın itməsi təəccüblü deyil"
Müasir dövrdə radio KİV arasında öz yerini dəyişib. İnsanların radionun başına yığışıb xəbərləri dinlədikləri günlər keçmişdə qalıb. Artıq informasiyanı əsasən televiziya, internetdən alırlar. Radioya maraq əvvəlki kimi deyil. Bəs bu gün informasiya təminatında radionun yeri necədir?
modern.az saytına açıqlama verən media eksperti Zeynal Məmmədlinin sözlərinə görə radionun öz mövqeyini itirməsində təəccüblü bir şey yoxdur: "Siz təzə paltar çıxanda köhnə paltarı neyləyirsiz? Unudursuz, geyinmirsiz, ya kiməsə bağışlayırsız. Bu da onun kimi. Təsəvvür edin ki, internetdə əgər səs, görüntü varsa, hər şey varsa o zaman radionun arxa plana keçməsi təbiidir. Sadəcə daşıyıcı vasitə dəyişib, amma məzmun dəyişməyib".
Eksperin sözlərinə görə, dinləyici radio ilə aldığı informasiyanı o keyfiyyətdə internetdə ala bilir. "İndi görüntü hər yerə çatıb. Görüntü o qədər sürətlə artırılıb ki, artıq radionu əvəz eləyib. Ona görə görüntülü xəbərə maraq artacaq".
Z. Məmmədli radionun perspektivi ilə bağlı nikbin olduğunu deyib. "Radio informasiya müstəvisində bir şəkildə mütləq özünü tapacaq. Səs qalacaq. Yəni, o silinməyəcək. Əmin olun ki, silinməyəcək"
Misranə Həsənzadə
Digər Xəbərlər
2024-12-26 11:04:45
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:46:20
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19