İnternetlə Rusiya diplomu?
12:34 12-02-2014
CƏMİYYƏT
İnternetlə Rusiya diplomu?
Saxta diplom əldə etməyin daha bir asan yolu tapılıb
Saxta diplom əldə etməyin daha bir asan yolu tapılıb. Bu dırnaqarası imkanı Rusiya Federasiyasında fəaliyyət göstərən bəzi işbazlar yaradır.
Bunun üçün orta məktəbi bitirmək haqqında attestatınızın olması kifayətdir. Şəxs - internet vasitəsilə özü barədə məlumatları yerləşdirməklə, seçdiyi universitet və ixtisasa, cibinə uyğun pul ödəməklə ali təhsilli adını qazana bilər. Mümkündür ki, universiteti bitirmə tarixini siz müəyyən edəsiniz. Hətta köhnə tarixlə, sovet gerbi ilə də köhnə nümunəli diplom almaq olar. Ürəyi qırmızı diplom istəyinin xərci ayrıdır.
Müştəri kimi skayp vasitəsilə həmin saytlardan biri ilə yazışdıq. Bəzi məlumatları dəqiqləşdirdik. Deyildi ki, verilən diplom orjinaldan heç nə ilə fərqlənmir, Rusiyanın attestasiya komissiyasından keçsə də, universitetdə qeydiyyata alınmır. Bakıdan olduğumuzu deyincə bildirildi ki, Azərbaycandan bir neçə dəfə diplom sifarişləri edilib, lakin bu vaxta kimi şikayət edən olmayıb. "Bəs bu diplom Azərbaycanda tanınırmı?" sualına "Bildirmirik, müştəri özləri hansısa yolla bunu edirlər" cavabını verdilər. Daha sonra universitetlərdən birinin diplomunu 2004-2008-ci illər üzrə sifariş etdik. 25000 rus rubluna razılaşdıq. Manatla 550 manata. Deyildi ki, əvvəlcə diplomun surəti göndəriləcək, sizi qane edərsə, ödəniş olduqdan sonra yerli kuryerlərin vasitəsilə diplom lazımi ünvana çatdırılır.
Beləliklə məlum olur ki, heç bir yana getmədən sadəcə internetə daxil olaraq Rusiyanın istənilən universitetinin istənilən fakultəsinin diplomunu almaq olar. Bunun üçün lazım olan pulu ödəmək. 3 günə diplom əlinin altındadır.
Təhsil üzrə ekspert Nabətəli Qulamoğlu bu əməli kibercinayətkarlıq adlandırdı. Ekpert dedi ki, bu diplomlar ali məktəblərdə qeydiyyatdan keçirilmir. Bunu özləri etiraf edir. Azərbaycana gəldikdə isə TQDK-nın ümumi reyestrindən keçmədiyindən bu diplomların ölkəmizdə istifadəsi mümkün deyil, üstəlik son vaxtlar saxta diplom qalmaqallarının üzə çıxması və bu istiqamətdə hüquq-Mühafizə orqanlarının araşdırmaları göstərir ki, nəzarət gücləndirilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Cəsarət Valehoğlu isə internetlə əldə edilən diplomlar barədə nazirlikdə heç bir məlumatın olmadığını dedi və bildirdi ki, bir diplom ki, 3 günə əldə edilə, heç vaxt Azərbaycanda tanına bilməz.
Aliyə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22