Abutalıbova yeni söküntü səlahiyyəti veriləcəkmi?
12:35 12-02-2014
CƏMİYYƏT
Abutalıbova yeni söküntü səlahiyyəti veriləcəkmi?
BŞİH başçısının rəqibləri çətin bununla razılaşsın
Paytaxtda növbəti söküləcək “Sovetski” kimi tanınan ərazidəki evlərin sayı 10 mindən çoxdur. Təbii olaraq, bu proses zamanı Bakıda mənzil bazarında bahalaşma olub. Ekspertlərin sözlərinə görə, evlərin qiymətində təxminən 10 faiz bahalaşma müşahidə olunur. Onlar bildirirlər ki, bahalaşmaya səbəb evlərə olan təlabatın sürətlə artmasıdır.
Təqdirəlayiq haldır ki, əvvəlcədən “Sovetski” kimi tanınan ərazidə evlərin söküləcəyi barədə əvvəlcədən xəbərdarlıq edilib. Amma təəssüf ki, bu xəbərdarlığın da heç bir nəticəsi olmayıb. Vətəndaş yenə də əlacsız qalıb. Çünki evləri sökülən camaatın harada yaşayacağı da söküntüdən əvvəl müəyyən olunmalıydı.
Ümumiyyətlə son illər Bakıda evləri sökülən insanların sayı təxminən 50 minə yaxındır. Təbii olaraq, bu mənzil bazarına təsir edib. Evlərin qiyməti təxminən 10 faizə yaxın qalxıb.
Bəzi ekspertlərin fikrincə əslində bu problemlərin həlli Bakı şəhər İcra Hakimiyyətinə tapşırılmalıydı. İcra hakimiyyəti də, bu sahədə yarana biləcək rüşvət hallarının qarşısını almalıydı. Bu sahədə hökumətin administrativ qərar verməli olduğunu düşünən ekspertlər də var. Amma Bakı şəhər İcra Hakimiyyətinə belə bir səlahiyyət verilməsi inandırıcı görünmür. Çünki BŞİH başçısı Hacıbala Abutalıbovun hökumət içində kifayət qədər rəqibləri var və onların paytaxt rəhbərinin söküntülərlə bağlı daha geniş səlahiyyətlər əldə etməsini arzuladıqları inandırıcı deyil. Çünki səlahiyyətlərin artması bu prosesə ayrılan vəsait üzərində Abutalıbovun qeyd-şərtsiz nəzarətini də artırmış olacaq.
Digər tərəfdən, evlərin maya dəyərinə qalsa, verilən kompensasiya 1500 manatdan aşağıdır. Lakin burada başqa bir proqlem var. Bir evin sahəsi 15 kvadrat metrdir. Həmin evin 1 kvadrat metrinə 1500 manat verilir. Həmin evdə isə 15 nəfər yaşayır. İndi bu məbləğ həmin insanlara yetməyəcək. Tutaq ki, onlara verilən kompensasiya ilə yeni ev aldılar. Gərək alınan həmin evdə 15 nəfər bir yerdə yaşasın.
Ona görə də, hökumətin mənzil bazarının yaxşılaşdırılmasını nəzərdə tutan siyasət aparması vacibdir. Bu zaman inkişaf etmiş ölkələrdən nümunə götürmək də olar. Yəni əvvəlcədən sosial evlər tikilə bilərdi. Sosial evləri hökumət öz hesabına tikməliydi. Həmin evlər çox da dəbdəbəli olmasa belə, yaşamaq üçün hər bir şəraiti olur. Sonradan sökülən evlərin sakinlərinə həmin evlərdən verilərdi. Yerləşdirilən ailədən sonradan aylıq pul tutulardı.
Sosial evlər layihəsinin Azərbaycanda reallaşması da elə real görünmür. Ölkənin maliyyə ehtiyatları buna imkan versə də, çeşidli məmur maraqları, hökumətdaxili qruplaşmaların mövqe savaşları belə layihələrin asanlıqla gerçəkləşməsini mümkünsüz edir. Məsələn, bu ideya ilə BŞİH çıxış etsə, Hacıbala Abutalıbva belə bir projeni həyata keçirmək imkanı verilməsi (onun iqtidar içindəki rəqibləri tərəfindən!) real görünmür.
Azər Aslan
Digər Xəbərlər
2024-12-26 11:04:45
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:46:20
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19