İranın Ermənistandakı səfiri “çaşdı”
12:44 12-02-2014
CƏMİYYƏT
İranın Ermənistandakı səfiri “çaşdı”
“Azərbaycanın tarixi iddiaları onun suverenliyini sual altına qoya bilər”.
İran – Azərbaycan münasibətlərində hər zaman müəyyən gərginlik müşahidə olunub ki, bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Amma iki dövlət arasındakı münasibətlərin hətta ən pis dönəmində belə Azərbaycan dövləti qonşuluq prinsiplərindən çıxış edərək, problemlərin aradan qaldırılmasına cəhdlər göstərib.
Hər halda ölkəmiz müstəqillik qazanandan bu yana onlarla belə situasiyanın şahidi olmuşuq. Bununla belə İran rejiminin ayrı-ayrı vəzifəli şəxsləri əllərinə düşən hər fürsətdə ölkəmizə qarşı aqressiyalarını biruzə verməyə çalışıblar. Ötən gün isə bu aqressiyanı İran İslam Respublikasının Ermənistandakı səfiri Məhəmməd Rəisi dilə gətirib.
Belə ki, o anlaşılmaz bir açıqlama ilə çıxış edərək Azərbaycanı ehtiyyatlı olmağa çağırıb. Səfir eyni zamanda Azərbaycan dövlət adamlarını öz çıxışlarında diqqətli olmağa dəvət edib: “Azərbaycan dövlət adamları bu kimi (Güney Azərbaycan mövzusu nəzərdə tutulur – red.) tarixi iddialarla çıxış edəndə çox şeyi nəzərə almalıdırlar. Onlar bilməlidirlər ki, əgər tarixi iddialar tələb olunsa, Azərbaycanla bərabər bir çox ölkələrin suverenliyi sual altında qalacaq”.
Hesab edirik ki, məlum açıqlamanın sırf qərəzdən qaynaqlandığını sübur etməyə belə ehtiyac yoxdur. Ən azından ona görə ki, Azərbaycanın rəsmi şəxsləri heç zaman Güney Azərbaycanla bağlı hansısa siyasi iddialarla çıxış etməyib. Belə olan halda isə səfirin ümumi şəkildə “Azərbaycanın dövlət adamları açıqlamalarında diqqətli olsunlar” kimi tezislərlə çıxış etməsi təəssüf doğurur. Onun fikrinin ikinci hissəsi isə açıq şəkildə ölkəmizin suverenliyinə qarşı açıq hörmətsizlikdir. “Tarixi iddialar tələb olunsa, Azərbaycanla bərabər bir çox ölkələrin suverenliyi sual altında qalacaq” fikrinin alt qatında hansı mətləblərin dayandığını geniş izah etmək istəməzdik. Amma bir həqiqəti də xatırlatmağı lazım bilirik ki, Azərbaycan öz müstəqilliyini özünün şərəfli mübarizəsi ilə qazanıb və həmin müstəqilliyə qarşı İran da daxil olmaqla kimsənin həqarət etməsini bağışlamayacaq. İranın Ermənistandakı səfirinin məlum açıqlaması isə rəsmi Tehranın Azərbaycanla münasibətlərdə hansı dərəcədə səmimi olduğunu göstərir. Bu “səmimiyyət” elə əhalisinin böyük əksəriyyətinin şiə olduğu Azərbaycanın ərazilərini işğal etmiş xristian Ermənistana İranın xoş münasibətində də açıq şəkildə görünür.
Söhbət inkişaf etməkdə olan İran-Ermənistan münasibətlərindən düşmüşkən xatırladaq ki, Azərbaycanı hədələdiyi həmin çıxışında
M.Rəisi həmçinin yaxın zamanlarda İran prezidentinin Ermənistana rəsmi səfər edəcəyini də bildirib. Qeyd edək ki, Məhəmməd Rəisi keçən ilin dekabrında etdiyi çıxışda Ermənistanı İranın dostu adlandırmış və ölkə qazını rəsmi İrəvana 100 dollara satmağa hazır olduqlarını bəyan etmişdi.
Şahin
Digər Xəbərlər
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27