Rusiya Ukraynaya qoşun yeridəcəkmi?
12:48 12-02-2014
CƏMİYYƏT
Rusiya Ukraynaya qoşun yeridəcəkmi?
Avropa İttifaqı isə bu ölkədə iqtisadi islahatlara dəstək verməyə hazırdır, amma şərti var
Avropa İttfaqı (Aİ) digər ölkələr və beynəlxalq institutularla birlikdə Ukraynada iqtidar-müxalifət dialoqu və iqtisadi islahatların keçirilməsinə dəstək verməyə hazırdır.
"unian.net" saytının verdiyi məlumata görə, bu barədə Aİ-nin xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Eşton bildirib.
Aİ-yə üzv ölkələrin xarci işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlama verən K.Eşton Ukrayna hakimiyyəti barəsində sanksiyaların müzakirə edilməyəcəyini dilə gətirib. "Biz dialoq prosesini dəstəkləməyə hazırıq. Ukraynadakı hazırkı vəziyyətə son qoymağa cəhd göstərmək çox əhəmiyyətlidir. Biz Avropa İttifaqının iqtisadi dəstəyi ilə keçiriləcək islahatlara dəstək verməyə hazırıq", - Aİ-nin xarici siyasət məsələləri üzrə ali komissarı deyib.
O, bir çox ölkələr və beynəlxalq institutlarla bu məsələdə birgə mövqeyi olduqlarını əlavə edib.
ABŞ Konqresinin Nümayəndələr Palatası
Ukrayna ilə bağlı qətnamə qəbul etdi
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna ilə bağlı qətnamə qəbul edib. "Ukrinform"un verdiyi məlumata görə, sənədin lehinə 381 nəfər, əleyhinə isə iki nəfər səs verib.
Qətnamədə ABŞ və Avropa Birliyi rəhbərliyinə Ukraynadakı böhranın sülh yolu ilə həllinə yönəlmiş birgə səyləri davam etdirmək və Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması yolu ilə milyonlarla ukraynalının Avropaya yaxınlaşmaq niyyətinə dəstək vermək çağırışı yer alıb.
Sənəddə qeyd olunub ki, hakimiyyətin zorakılıq əməllərinə son qoyulmasa, Konqresin Nümayəndələr Palatası dinc nümayişçilərə qarşı güc tətbiq edənlərə qarşı ünvanlı sanksiyalar qəbul etmək hüququndan istifadə edə biləcək.
Kim kimin tərəfindədir?
Politoloq Vəfa Quluzadə Ukraynada baş verən son proseslərə növbəti dəfə aydınlıq gətirib. V.Quluzadə Ukrayanada baş verən prosesləri bu ölkə xalqının daha yaxşı yaşaması üçün aparılan mübarizə adlandırıb. Politoloq qeyd edib ki, ukraynalılar korrupsiya, qanunların lazımi qaydada icra olunmamasından cana gəlmiş vəziyyətdədirlər.
Quluzadə hesab edir ki, xalqı Viktor Yanukoviçin onun əvəzinə Avropa İttifaqını yox, Gömrük İttifaqını seçməsi qəzəbləndirib. Ukraynadakı proseslərin bununla başlayaraq gərgin məcraya yönəldiyini deyən politoloqun sözlərinə görə, məsələdə xarici faktorlar və kənar qüvvələrin geosiyasi maraqları da əks olunur: "Avropa İttifaqı və ABŞ proseslərdə Ukrayna xalqının mövqeyindən çıxış edirlər. Rusiya öz canişini qismində gördüyü Yanukoviçi dəstəkləyir. Rusiya Ukraynanın Şərq bölgəsindəki ruslar və rusmeyilli qüvvələrdən istifadə etmək niyyətindədir. Şərqi Ukrayna keçmiş Sovet İttifaqının sənaye məkəzi idi. Ölkənin bu hissəsində daş kömür mədənləri və ağır sənaye müəssisələri SSRİ dönəmində inkişaf etmiş vəziyyətdəydi. Lakin bu gün həmin infrastrukturlar çöküb. Rusiya bütün bu amillərdən istifadə etmək istəyir. Həmin məsələdə də Qərblə Rusiyanın maraqları üz-üzə gəlib. Lakin bu mübarizədə qələbə Ukrayna xalqı və Qərbin tərəfindədir. Ukraynalılar üçün Qərblə birlikdə olmaq daha əlverişlidir, nəinki Rusiya ilə. Baş verən prosesləri bu səpkidə başa düşmək lazımdır. Hiss olunur ki, V.Yanukoviç bəzi məsələləri başa düşdüyündən geri çəkilir. Hökumət etiraz edən xalq qarşı gücdən istifadə etmədi. Başa düşürdü ki, atacağı aqressiv addım ona baha başa gələ bilər. Rusiya da seçim qarşısında qalıb. Gücdən istifadə etsinmi? Rusiya siyasi iradəsini yeritmək üçün həmişə gücdən istifadə edib. Çünki Rusiyanın cazibədarlığı yoxdur. İqtisadiyyatı çöküb. Belə bir dövlət digər ölkələrə yaxşı heç nə vəd edə bilməz. Lakin qələbəni qoşun yeritməklə əldə etmək istəyir. Rusiya Ukraynaya qoşun yeridə bilməz. Moskva başa düşür ki, belə olan halda 40 milyonluq Ukrayna xalqı birləşib Rusiyaya qarşı müharibə edəcək. Rusiya bu faktorları nəzərə alaraq çətin vəziyyətə düşüb. Ukraynada baş verən proseslərin axarı bu kontekstdə gələcəyə pozitiv proqnoz verməyə imkan yaradır. Xalq hərəkatı Ukraynanı Avropa İttifaqı ilə birləşdirəcək. Məsələ ondan ibarətdir ki, tarixin hərəkət edən təkərlərini saxlamaq mümkün deyil".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10