Qardaş qatili olan kollec direktorunun həbs səbəbləri
15:09 13-02-2014
İQTİSADİYYAT
Qardaş qatili olan kollec direktorunun həbs səbəbləri
Kriminal keçmişli Sahib Hüseynov haqda bilmədiklərimiz...
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən Ağcabədi Pedaqoji Kollecində rüşvətxorluqla bağlı daxil olan məlumat əsasında axtarışa başlanıb. Nəticədə ortaya rüşvət faktları çıxdığından, kollecin direktoru Sahib Hüseynovun yaxınlarının və öz evində əməliyyat axtarış tədbirləri həyata keçirilib. Nəticədə kollecin direktoru Sahib Hüseynov saxlanılıb.
Qeyd edək ki, ötən ilin sentyabrın 9-da Kollecin direktoru Vaqif Hüseynov infarkt nəticəsində dünyasını dəyişib. Onun yerinə isə öz qardaşı Sahib Hüseynov təyin olunmuşdu. Bu məqamla bağlı maraqlı bir faktı da qeyd edək ki, Ağcabədi Pedaqoji Kollecinə hələ mərhum Vaqif Hüseynov rəhbərlik edərkən indiki direktor Sahib Hüseynov da orada işləyirdi. O zaman qardaşının əleyhinə dövlət qurumlarına və mətbuata çoxsaylı faktlar ötürən Sahib Hüseynov nəhayət öz məqsədinə çatmışdı. Belə ki, infarkt nəticəsində dünyasını dəyişən Vaqif Hüseynovdan sonra onun postuna məhz qardaşı Sahib Hüseynov yiyələnmişdi.
Onun kollecə rəhbər gəlməsindən sonra isə təhsil ocağında qanunsuzluqlar geniş vüsət almağa başlamışdı. Qeyd edək ki, ölkə mətbuatında, o cümlədən “Unikal” qəzetində də Ağcabədi Pedaqoji Kollecində rüşvətxorluğun baş alıb getməsi və bu təhsil ocağında biabırçılıqların baş verməsi barədə davamlı məlumatlar yer alıb. Ötən gün hüquq mühafizə orqanlarının bu yöndə əməliyyata başlaması isə həmin məlumatların təsdiqi anlamına gəlir.
Ağcabədi Pedaqoji Kollecindəki rüşvətxorluğun miqyasını təsəvvür etmək üçün yalnız bir faktı xatırladaq ki, Sahib Hüseynov tələbələrdən 1500 – 2000 AZN pul yığaraq, bütün sessiyanı başa vururmuş. Qeyd edək ki, Sahib Hüseynov 08.10.2013-cü ildə kollecə direktor əvəzedicisi vəzifəsinə təyin olunmuşdu. Təyin olunan gündən isə kollecdə özbaşınalıq, hərcmərclik, baş alıb gedir. Hal-hazırda qiyabi şöbədə sessiya olduğu halda, təxminən minə yaxın qiyabi şöbə tələbəsi sessiyaya gəlmir. Bunun əvəzində Sahib Hüseynov tələbələrdən 1500 – 2000 AZN pul yığaraq, bütün sessiyanı başa vurur, tələbələrə qiymət yazdırır. Heç bir qiyabi şöbə tələbəsi kollecin üzünü belə görməyib. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, burada çalışan müəllimlərin əmək haqqı almasında da problemlər yaranmışdı. Çunki, kollecdə heç bir sənədləşmə yerində olmadığı üçün Təhsil Nazirliyi tərəfindən pul ayrılmırdı.
Bildirək ki, Sahib Hüseynovun təhsil ilə heç bir əlaqəsi yoxdur. Belə ki, o, kriminal həyatı olan bir şəxsdir. Sahib Hüseynovun həyatına nəzər yetirdikdə bunları görmək olar. Sahib Hüseynov, 1993-cü ildə qızıl qaçaqmalçılığı ilə məşğul olmuş, həmin ildə də həbs edilmişdir. Daha sonra hansısa yollarla həbsdən azad olunmağı bacaran Sahib Hüseynov kriminal əməllərini davam etdirmişdir. Sahib Hüseynov 1999-cu ildə Tacikistanın Düşənbə şəhərində yenə də qızıl və palladium qaçaqmalçılığı ilə məşğul olmuş və həmin ildə də Tacikistanda həbs olunmuşdur. Həbsdən azad olduqdan sonra Azərbaycana dönmüş, saxta yolla müəllimlik diplomu almışdır.
Sonradan isə daha dəqiqi, 2007-ci ildən qardaşının direktor olduğu Ağcabədi Pedaqoji Kollecinə gəlmiş və qardaşının himayəsində metodist kimi fəaliyyət göstərmişdir. Qiyabi şöbənin bütün tələbələrinə aylıq qiymət qoymuş, heç bir qiyabi şöbə tələbəsi nə imtahana nə də ki, semestrə gəlməmişdir. Bunun üçün də mərhum qardaşı ilə dəfələrlə münaqişələri olmuş və qardaşının ürəyini xəstə salmışdır. Hal-hazırda onu rayonda qardaş qatili kimi tanıyırlar. Qardaşı vəfat etdikdən sonra Ağcabədi Pedaqoji Kollecinə direktor əvəzedicisi vəzifəsinə təyin olunmuşdur.
Bu vəzifəyə təyinat aldıqdan sonra isə təhsil ocağını bazar qaydaları ilə idarə edən Sahib Hüseynov eyni zamanda rayonda və paytaxt Bakıda özü üçün çoxsaylı biznes obyektləri yarada bilib. Hesab edirik ki, hazırda nəzarət altında olan Sahib Məmmədovun həmin obyektləri hansı vəsait hesabına əldə etməsi sualına da istintaq zamanı aydınlıq gətiriləcək.
Şahin
Digər Xəbərlər
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03