Bu il "Şahdəniz" qaz yatağında hasilat gücünün artırılması planlaşdırılır
14:11 14-02-2014
İQTİSADİYYAT
Bu il "Şahdəniz" qaz
yatağında hasilat gücünün
artırılması planlaşdırılır
BP şirkətinin hesabatında daha nələr yazılıb?
Ötən il ərzində Azərbaycanda "Şahdəniz" layihəsi üzrə fəaliyyətə 200 mln. ABŞ dolları həcmində əməliyyat xərcləri və 1,7 mlrd. dollar əsaslı xərclər çəkilib. Bu barədə layihənin operatoru olan BP şirkətinin hesabatında deyilir.
İllik müqayisədə bu göstəricilər müvafiq olaraq 25,7% az və 54,7% çox olub. Bu il üçün bu rəqəmlərin müvafiq olaraq 200 mln. dollar və 4 mlrd. dollar olacağı gözlənilir. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz Mərhələ 2" layihəsinə, o cümlədən, dənizdəki işlənmələr və Səngəçal terminalının genişləndirilməsinə çəkilib.
Ötən il yataqdan 9,8 mlrd. kubmetr qaz və 2,48 mln. ton kondensat hasil edilib ki, bu da illik müqayisədə müvafiq olaraq 26,8% və 24% çoxdur. Qeyd edək ki, 2006-cı ilin sonunda "Şahdəniz"də hasilat başlanandan 2013-cü ilin sonunadək yataqdan dünya bazarına təqribən 47,3 mlrd. kubmetr qaz və təqribən 12,6 mln. ton kondensat ixrac edilib.
Mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində "Şahdəniz" hasilat sisteminin gündəlik maksimum gücü 55 min barel kondensat səviyyəsinə qaldırılıb. "Şahdəniz" tərəfdaşları bu yaxınlarda 2014-cü ilin sonuna qədər hasilat gücünün 7,2% artırılması üçün şərtləri hazırlayaraq ARDNŞ ilə razılaşdırıb.
Hesabatda deyilir ki, "Şahdəniz Mərhələ 2" layihəsinin ümumi dəyəri Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişlənməsi də daxil olmaqla 28 mlrd. dollar ətrafında olacaq. "Şahdəniz" yatağından hasil ediləcək ildə 16 mlrd. kubmetr qaz təxminən 3 500 km məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyanı enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonuna nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.
Qeyd edək ki, 2013-cü il dekabrın 17-də "Şahdəniz" konsorsiumu "Mərhələ 2" işlənməsi üçün yekun investisiya qərarını təsdiq edib. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca CQBK-nin ixrac gücünə ildə 16 mlrd. kubmetr əlavə olunması, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq.
"Mərhələ 2" layihəsi "Şahdəniz" qazının ildə təxminən 10 mlrd. kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasını təmin edəcək. Bundan başqa, "Şahdəniz Mərhələ 2"-dən hasil olunacaq qazın ildə təxminən 6 mlrd. kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq. Qaz satışı və nəqli üzrə bütün sazişlər Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17