Oliqarxların on milyonlarla manatlıq biznesi çökə bilər
12:11 15-02-2014
İQTİSADİYYAT
Oliqarxların on milyonlarla manatlıq biznesi çökə bilər
İri məmurların şirkətlərini gözləyən müdhiş "bankrot təhlükəsi"!
Azərbaycanda mənzillərin kreditlə satışına qoyulan məhdudiyyətlər alıcılarla yanaşı tikinti şirkətlərinin də ciddi narahatlığına səbəb olub. Bu barədə "Unikal"a məlumatlı mənbədən bildirilib.
Qeyd edək ki, Mərkəzi Bankın qəbul etdiyi qadağayla inşa etdikləri hündür mərtəbəli binaları nəğd pulla satmaqda çətinlik çəkən şirkətlərin kredit bazarı qismən də olsa bağlanıb.
Kredit qadağasının iqtisadi tərəflərini şərh edən ekspertlər də razılaşırlar ki, Mərkəzi Bankın bu addımı bəzi şirkətlərin müflisləşməsinə gətirib çıxaracaq. Mərkəzi Bankın bu addımı atmasının əsas səbəbi onunla izah edilir ki, tikinti şirkətləri inşa etdikləri mənzilləri orta və uzunmüddətli kredit formasında vətəndaşlara verirdilər. Mənzili aldıqdan sonra isə vətəndaşların onun dəyərini müəyyən müddətdən sonra tikinti şirkətinə ödəyirdi. İndi bu məhdudlaşdırılıb. Bəs, bu nə üçün məhdudlaşdırılıb? Ümumiyyətlə, bu məsələdə kommersiya banklarının kredit verilməsini məhdudlaşdırmasının təsiri var. Çünki tikinti şirkətləri adətən kommersiya bankından kredit alırdı. Və bankdan kredit alması ona imkan verirdi ki, şirkətin özü də mənzilləri kredit formasında vətəndaşlara təqdim etsin.
Ekspertlərin fikrincə, bu qərarın verilməsi əmlak bazarından daha çox, tikinti şirkətlərinə təsiri olacaq. Çünki nəzərə alsaq ki, tikinti şirkətləri adətən öz mənzillərinin bir hissəsini kredit formasında satırdılar. Onlar həm inşası başa çatan, həm də yeni inşa edilən mənzillərin kredit formasında satışını həyata keçirirdilər. Amma kreditlərə tətbiq edilən məhdudiyyətlər tikinti şirkətlərinin tətbiq etdiyi mənzillərə tələbatı azaldacaq. Tələbat azaldığı üçün birmənalı şəkildə bu tikinti şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərəcək. Hətta məhz satışın azalması səbəbindən bir neçə tikinti şirkətinin müflis olacağı proqnozlaşdırılır. Əgər mənzil kreditlərinin verilməsi ilə bağlı təklif edilən şərtlər ağır olaraq qalacaqsa, bu tikinti şirkətlərinin bir qisminin müflisləşməsinə səbəb olacaq.
Ekspertlər qeyd edirlər ki, məlum qərarın əmlak bazarına təsiri gözlənilmir. Çünki əmlak bazarına tələbat yüksəkdir. Həm söküntülər gedir, həm də eyni zamanda bazarda süni qiymət artımı var, bu da mənzillərin qiymətinin azalmasına gətirib çıxarmayacaq. Əksinə tikinti şirkətlərinin fəaliyyətinə təsir göstərəcək və qeyd etdiyimiz bu kimi tikinti sektorunda durğunluğun yaranmasına səbəb ola bilər.
Qeyd edək ki, Bakıda mənzillərin kreditlə satışına müəyyən məhdudiyyətlər artıq tətbiq edilməyə başlanıb. Belə ki, Mərkəzi Bankın müvafiq göstərişinə əsasən, kreditlə mənzil almaq istəyən şəxslər bundan sonra təkcə yaşayış yerindən arayış deyil, iş yerindən də arayış təqim etməlidirlər. İlkin ehtimallara görə, kreditlə mənzil almaq üçün rəsmi arayışda qeyd olunan aylıq əməkhaqqı isə minimum 600-700 manat təşkil etməlidir.
Burada önəmli bir məqama diqqət çəkmək lazımdır. Azərbaycanda tikinti şirkətlərinin önəmli bir hissəsi iri məmurların ya birbaşa, ya da dolayısı ilə nəzarəti altındadır. Bəzi oliqarxlar göydələnlərin inşasına on milyonlarla pul yatırıblar. Amma indi Mərkəzi Bankın gətirdiyi məlum məhdudiyyətlərin həmin oliqarxların tikinti biznesinə ciddi zərbə olacağı aydındır.
Ona görə də istisna edilmir ki, bir müddət sonra belə iri məmurlar həmin məhdudiyyətlərin aradan qaldırılması üçün hərəkətə keçsinlər və Mərkəzi Bank onların təzyiqləri qarşısında geri çəkilməli olsun.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17