Oqtay Əsədovdan təhlükə xəbərdarlığı
12:14 15-02-2014
İQTİSADİYYAT
Oqtay Əsədovdan təhlükə xəbərdarlığı
Deputat yeni tikilən binalara qazın verilməməsi məsələsinə toxunub
Milli Məclisin növbəti plenar iclası keçirilir. İclasda çıxış edən millət vəkili Qənirə Paşayeva yeni tikilən binalara qazın verilməməsi məsələsinə toxunub. O bildirib ki, həmin vətəndaşlar parlamentə müraciət edərək xahiş ediblər ki, yeni tikilən binalara qaz verilsin. Deputat qeyd edib ki, qazın verilməsi orada yaşayan insanların günahı deyil: "Onlar da bildirib ki, binaya köçmək üçün icazə verilib, ona görə də onlar orada yaşayırlar. Həmin binalarada su, elektrik enerjisi olsa da, qaz verilmir. Bu da onların büdcələri üçün də böyük problem yaradır. Bu məsələlərə aydınlıq gətirmək lazımdır. "Azəriqaz"da məsələyə aydınlıq gətirməlidir".
Deputatın sözlərinə görə, bu məsələdə tikinti şirkətləri də məsuliyyət daşıyırlar: "Onlar bir binanı təhvil verilmədən ikinci binanı tikilir. hesab edirəm ki, parlament yeni binalara qaz verilməsi məsələsini həll etmək üçün əlindən gələn dəstəyi göstərəcək". Oqtay Əsədov da Qənirə Paşayevaya öz iradını bildirib.
O qeyd edib ki, keçən iclas da bu məsələyə toxunub və onun özü bu məsələyi araşdırıb. "Həmin binaların 70%-də tüstü bacaları yoxdur. Həmin binalara qazı verək, qəfildən parltlayış baş versə, buna ikim cavab verəcək? Bundan başqa həmin binalara qaz verilməsi üçün binanın 70% dolması lazımdır. əsas məsələ həmin binalarda tüstü bacaların olmasıdır. O.Əsədov onu da əlavə edib ki, əgər binalar təhvil verilməyibsə, əhali oraya köçməməlidir.
"Belə miledilər
hələ çox olacaq,
diqqətli olmalıyıq"
Millət vəkili Zahid Oruc iki gün əvvəl ölkə mətbuatında yer alan "casus qalmaqalı" məsələsinə toxunub. Onun fikrincə, Azərbaycanda KİV çərçivəsində və media aləmində fəaliyyət göstərənlərin daxili mənəvi durumu arzuedilən səviyyədə deyil. Onun sözlərinə görə, mətbuat səhifələrində kompromat savaşlar hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etməlidir. "Casus qalmaqalı" ilə bağlı yer alan hesabatda xarici ölkə rəsmilərinin, diplomatik korpusun nümayəndələrinin Azərbaycana qarşı təzyiqlərə, hətta "Maqnitsk qanunu"nu Azərbaycana tətbiq etməyə çağırışları var: "Səfirliklər, xüsusən də Azərbaycanda müxtəlif dövrlərdə kəskin geosiyasi maraqları toqquşan diplomatik korpusların nümayəndələri real olaraq diplomatik mandat çərçivəsində fəaliyyət aparmalıdırlar. Azərbaycanda hər hansı xarici kapital və dairələrin yardımı ilə inqilab etmək mümkün deyil. Azərbaycan dövlətinin Azərbaycan xalqına bağlı mühüm siyasəti var".
Millət vəkili qeyd edib ki, biz bilməliyik ki, ölkə əleyhinə fəaliyyət göstərən hansı təsir agentləri, şəbəkələr var.
Buna cavab olaraq Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bunu bilmək üçün ölkədəki gündəlik qəzetləri oxumaq kifayətdir: "Amerika səfirliyinin xanım Vinsent adlı işçisi var idi. O, indidən Azərbaycanda keçiriləcək olimpiadanın boykot olunması ilə bağlı çağırışlar edir. Onun hətta ləqəbi də var və bunu hamı bilir. Ona "Miledi" deyirlər. Odur ki, belə miledilər hələ çox olacaq. Bu cür məsələlər və çağırışlara qarşı diqqətli olmalıyıq".
"Fazil Mustafa xalqdan üzr istəməldir"
Milli Məclisin iclasında YAP icra katibinin müavini. deputat Siyavuş Novruzov həmkarı Fazil Mustafanı tənqid edib.
"Bir müddət əvvəl Milli Məclisin iclaslarında Əkrəm Əylislinin Azərbaycan xalqına qarşı çıxdığı amilləri özündə əks etdirən əsərini müzakirə etdik və tənqidi fikirlərimizi bildirdik. Bundan ibrət dərsi çıxartmaq əvəzinə, bəzən bizim həmkarlarımız da çaşıb Əkrəm Əylislinin yolunu tutub, həmin istiqamətdə gedirlər. Bu yaxınlarda Fazil Mustafanın "Adamyeyənlər" adlı yazısı mətbuatda dərc olundu. Görünür Fazil Mustafa da Əkrəm Əylisdən heç də geri qalmır".
Bunu deyən YAP-çı millət vəkili bildirib ki, Fazil Mustafa vaxtilə Əkrəm Əylisli ilə bir yerdə oturub- durublar:
"Lakin Azərbaycandakı inkişafın üzərinə bu dərəcədə qara ləkə yaxmaq, Afrikanın adamyeyənləri ilə azərbaycanlıları müqayisə etmək heç də təqdirəlayiq hal deyil".
Millət vəkili həmçinin adıçəkilən yazıda yer alan idmançılarımızın uğursuzluqları məsələsinə də aydınlıq gətirib:
"Bununla yanaşı, orada idmançılarımızla bağlı səsləndirilən fikirlərlə də razı deyiləm. Danılmaz faktdır ki, idmançılar dünyanın bir çox ölkələrində yüksək yerlərdə qərarlaşaraq, qızıl medallara sahib çıxıblar. Onun təriflədiyi Fransa komandasının futbol yığmasında 2 nəfər ağ adamdan başqa hamısı qaradərilidir. Bütün bunlardan sonra Azərbaycan oyunçularının potensialının olmamasından danışılır.
Digər bir məsələ isə yaşayış evlərinin önünə divarların çəkilməsidir. Bütün dünya ölkələrinə nəzər salsaq, bütün bu işlər insanların təhlükəsizliyi üçündür. Axı səni narahat edən nədir? Ölkəmizdəki inkişafı görməyib hansısa məktəbə girib orada duşun olmamasını qabartmaqla nəyə nail olmaq istəyirsən? Tənqidində özünün də forması və mexanizmi var. İki bina sökülürsə, təbii ki, onun yerində yenisi inşa olunur. Bu o demək deyil ki, dövlətin vəsaiti mənimsənilir. Görünən odur ki, Fazil Mustafada afrikalılara qarşı o qədər çox həvəs yaranıb ki, yenidən Afrikaya səfər etməyə başlayıb. Düşünürəm ki, Fazil Mustafa bu yazısına görə təkzib verib, Azərbaycan xalqından üzrə istəməlidir", - deyə Siyavuş Novruzov məsələ ilə fikirlərinə əlavə edib.
Fazil Mustafa Siyavuş Novruzova cavab Verdi
"Biz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, həm də bələdiyyələrin fəaliyyətinə onların işlərinin necə olması ilə bağlı öz fikirlərimiz söyləyirik. Bizim ölkəmizdə belə düşünürlər ki, hər şey öz yolu ilə gedir, hər hansı bir tənqidə, hər hansı bir yanlış, neqativ halların deyilməsinə ehtiyac yoxdur. Həmkarım Siyavuş Novruzov da məsələyə münasibət bildirəndə, mən təəccübləndim. Çünki cənab Prezident bu yaxınlarda müşavirdə belə bir fikir işlətdi ki, "Mən xalqın xidmətçisiyəm"".
Bunu Mili Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
"Bakı şəhər bələdiyyəsi yaradılmalıdır"
Bakı şəhər bələdiyyəsinin yaradılmasına ehtiyac var". Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, bu həm də beynəlxalq təşkilatların tələbidir.
"Bakı şəhər bələdiyyəsinin yaradılması vacibdir. Çünki icra hakimiyyətinə ayrılan külli miqdarda vəsaitlər çox vaxt səmərəli istifadə olunmur. Əgər bu pararalellik aradan qaldırılsa, həmin vəsaitlərin daha səmərəli istifadə olumasına gətirib çıxaracaq"
"İcra başçıları
bələdiyyəni "beşinci
təkərə" çeviriblər"
"İcra başçıları bələdiyyələri özlərinin "beşinci təkər"inə çevirmək istəyirlər". Bunu millət vəkili Fəzail Ağamalı bu gün Milli Məclisin plenar iclasında Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2013-cü il üzrə illik məruzə ətarfında gedən müzakirələr zamanı deyib. Onun sözlərinə görə, bu gün ölkədə bir sra rayonların icra başçıları bələdiyyələrə maneçilik edirlər: "İcra başçıları bu gün bələdiyyələri özlərinin "beşinci təkər"inə çevirməyə cəhd edirlər. Nə qədər ki, belə maneələr var, bələdiyyələrin inkişafı problem olaraq qalacaq".
Onun fikrincə, bələdiyyə sədrləri də seçicilər tərəfindən seçilməlidir: "Onlar icra başçılarının "siyahısı" ilə deyil, digər bələdiyyə üzvləri kimi, birbaşa xalq tərəfindən seçilsə, onların məsuliyyəti də artar". F.Ağamalı, həmçinin mənzil-istismar sahələrinin ləğv edilərək onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklifi ilə çıxış edib: "Mənzil-istismar sahələri adlı qurum var. Bu Sovet vaxtından qalmış qurumlar artıq öz funksiyasını bitirib. Onların ləğvinə ehtiyac var. Onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi müsbət hal olardı". Millət vəkili Fazil Mustafa da bələdiyyə sədrlərinin birbaşa seçicilər tərəfindən seçilməsi təklifi ilə çıxış edib.
"Bir dənə də bələdiyyə sənəd təqdim etməyib"
"1716 bələdiyyəyə 2013-cü ildə 5, 2 milyon dotasiya nəzərdə tutub". Bunu regionla məsələr komitəsinin sədri Arif Rəhimzadə deyib. Onun sözlərinə görə, kino çəkilişinə 6, 5 milyon manat vəsait ayrılıb.
"Amma mən bununla bağlı etirazımı bildiridim. Maliyyə Nazirliyindən isə bildirildi ki, büdcə bələdiyyələrin maliyyələşməsinə boynuna götürməyib. Bəs sual yaranır ki, onlar kino çəkilişini boynuna götürüb? Mən kino sənətinin əleyhinə deyiləm. Halbuki prezidentin 1 yanvar 2013-cü ilinə kimi bütün bələdiyyələrin dövlət reyestrinə keçirilməsi ilə bağlı göstəriş verilmişdi. Bunun üzərinə 1 il vaxt keçşməsinə baxmayaraq, bir dənə də bələdiyyə sənəd təqdim etməyib. Bir çox hallarda bələdiyyələrə təzyiqlər olur, Ədliyyə Nazirliyinə bununla bağlı irad bildirəndə cavabları belə olur ki, onlar bu işlə məşğul deyil, inzbati nəzarətlə məşğul olur. Amma onu da deyim ki, yaxşı işləyən bələdiyyələr də var. Məsələn, Sumqayıt şəhər əblədiyyəsi ötən il 1 milyon 280 min manatlıq layihə həyata keçirib. Təbii ki, bu layihələrin böyük bir hissəsi Nəqliyyat Nazirliyi, FHN, SOCAR-ın maliyyə hesabına başa çatıb".
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin
adı dəyişdirildi
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilib.Bu barədə parlamentin iclasında müvafiq sənədlərə dəyişiklik zamanı məlumat verilib. Qeyd olunub ki, Konstutusiyanın 94- cü maddəsinin 1. 1-ci maddəsinin dördüncü abzasında "korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının" sözləri "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin" sözləri ilə əvəz edilir. Təklifə görə, sənəddə "korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı" sözləri "Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi" sözləri ilə əvəz edilir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20