Frenk Al Kaponenin yeni iflası
10:49 18-02-2014
İQTİSADİYYAT
Frenk Al Kaponenin yeni iflası
Ona Azərbaycanda biznesini bərpa etmək qadağası davam edir
Azərbaycanda və Rusiyada Frenk Al Kapone kimi tanınan iş adamı Fizuli Məmmədov Moskvadakı biznesini satıb. Bu barədə "axar.az"a Moskvadakı mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, Al Kapone sahibi olduğu "İnter-Sever" şirkətini, habelə Çeryomuşka bazarındakı payını yəhudi əsilli iş adamlarına satıb və biznesini Avropaya köçürüb.
Mənbənin dediyinə görə, keçmiş Moskva meri Lujkov və onun xanımı Yelena Baturina ilə sıcaq əlaqələri olan Frenkin onların Moskvadan getməsindən sonra mövqeləri zəifləyib. Artıq neçə vaxtdır ki, onun obyektləri Moskva vergi departamenti tərəfindən yoxlanılırmış. Moskvanın "Reçnoy vokzal" metrostansiyası yaxınlığındakı ticarət mərkəzi də buna görə günlərlə bağlı qalırmış.
Nəhayət, Frenk Rusiya ilə üzülüşmək qərarı verib. Amma biznesini konkret hara köçürdüyü dəqiq deyil. Ehtimal olunur ki, o, biznesini İtaliyaya köçürüb. Çünki onun birinci həyat yoldaşı italyan əsillidir. Frenkin Palermoda da ticarət mərkəzi var.
"Unikal" xatırladır ki, "İntersever" şirkətlər qrupunun azərbaycanlı prezidenti Frenk Al Kaponi ləqəbli Füzuli Məmmədov 1963-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1983-cü ildə Naxçıvandan Rusiyaya köçən F.Məmmədov 1989-ci ildən "İnterserver" şirkərinin prezidenti vəzifəsində çalışır. F.Məmmədovun Rusiyanın bir sıra şəhərlərində və xaricdə "Frenk Fond"u fəaliyyət göstərir.
Rusiyada hüquqşünas və iqtisadçı ali təhsili alan Füzuli Məmmədov siyasi elmlər namizədidir. Onun iki övladı var.
Adıçəkilən iş adamı xeyli əvvəl Azərbaycanda da müəyyən gəlir qaynaqlarına malik idi, hətta qəzet açmışdı və sonradan siyasi iddialar səbəbi ilə Azərbaycandan getmək məcburiyyətində qaldı.
Son vaxtlar onun Azərbaycanda yenidən biznes imkanlarına malik olmaq istəməsi ilə bağlı xəbərlər yayılır, amma qəzetimizin məlumatlı mənbələrdən əldə etdiyi bilgilərə görə, bu, mümkün deyil. Səbəbi isə onun həm yaxın keçmişdə buraxdığı siyasi səhvlərdir, həm də onun Rüstəm İbrahimbəyovla hazırki mümkün əlaqələri ilə izah edilir.
Belə ki, ötən ilin yayında Frenk Al Kapone Milli Şuraya dəstək verəcəyi ilə bağlı iddialar haqqında qəti danışmamış, "Belə bir şeydən xəbərim yoxdur. Mən Milli Şuraya dəstək verəcəyəm deyə, heç kimə söz verməmişəm. Bu proseslərdən kənardayam" deməklə kifayətlənməmiş, Azərbaycanda keçiriləcək seçkilərdən gözləntiləri barədə danışarkən isə "İndidən bir söz demək istəmirəm. Vaxtı gələndə münasibətimizi bildirərik. Hər şey qarşıdakı proseslərdən asılıdır" demişdi. Amma sonradan Füzuli Məmmədovun seçkilərlə bağlı hər hansı mövqeyi olmadı. Bu isə onunla izah edilir ki, Al Kapone, İbrahimbəyovun prezidentliyə namizədliyinin gerçəkləşməməsi səbəbindən mövqe açıqlamayıb. Yəni o, məhz İbrahimbəyovu dəstəkləmək fikrində imiş.
Bütün bunlar isə Rusiya ilə biznes əlaqələrini tamamilə qoparmaq qərarı verən Füzuli Məmmədovun vətənində biznesini bərpa etmək imkanlarını sıfıra endirir. Hər bir halda onun Azərbaycana dönməklə bağlı cəhdlər göstərdiyinə dair iddialar mövcuddur, bu cəhdlərin indiyədək gerçəkləşməməsi və yuxarıda vurğuladığımız məqamları birləşdirdikdə həmin cəhdlərindən sonra da reallaşmaq ehtimalının olmadığına dair qəti qənaət hasil olur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23