Bakı Ali Neft Məktəbində "açıq qapı" günü keçirildi
11:25 19-02-2014
İQTİSADİYYAT
Bakı Ali Neft Məktəbində "açıq qapı" günü keçirildi
Bakı Ali Neft Məktəbində (BANM) "açıq qapı" günü keçirilib. Məktəbdən verilən məlumata görə, BANM tələbələrinin valideynləri ilə görüşən rektor Elmar Qasımov valideynlərə ali məktəbin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
E.Qasımov bildirib ki, əldə etdiyi yüksək nailiyyətlərə görə BANM Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən 2012 və 2013- cü illərin ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanıb və ali məktəblər arasında mütləq lider olub. ARDNŞ rəhbərliyinin diqqət və qayğısı sayəsində ali məktəbdə tələbələr üçün hər cür şərait yaradıldığını vurğulayan rektor qeyd edib ki, zəngin maddi-texniki bazaya malik olan Bakı Ali Neft Məktəbi dünyanın bir sıra nüfuzlu təhsil ocaqları ilə sıx əməkdaşlıq etməkdədir.
E.Qasımov qeyd edib ki, BANM-nin əsas məqsədlərindən biri də tələbələrin nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə yiyələnməsidir. Bu məqsədlə BANM tələbələri ARDNŞ-ın müxtəlif müəssisələrində təcrübə keçirlər. Təbii ki, bu amil də nəzəri biliklərin təcrübə prosesində daha da möhkəmlənməsinə gətirib çıxarır. Rektor valideynlərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini də vurğulayıb.
Sonra 2013-2014 akademik ilinin ilk semesterinin yekunları barədə məlumat verən BANM-nin Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayeva bəzi statistik məlumatları diqqətə çatdırıb. O bildirib ki, ötən semestr imtahanları Böyük Britaniyanın Heriot-Vatt Universitetindən gəlmiş professor heyəti tərəfindən qiymətləndirilib. "Kimya mühəndisliyi" ixtisası üzrə 56 tələbə "Emal sənayeləri A", "Mühəndisliyin əsasları A", "Kimyanın əsasları", "Mühəndislər və alimlər üçün riyaziyyat 1" fənləri üzrə keçirilən semestr imtahanlarında iştirak edib. İmtahanlar hər iki ali məktəbdə eyni vaxtda keçirilib və imtahan nəticələri müsbət olub. Belə ki, BANM üzrə ümumi orta bal "Emal sənayeləri A" fənni üzrə 62.50, "Mühəndisliyin əsasları A" fənni üzrə 76.75, "Kimyanın əsasları" fənni üzrə 58.16, "Mühəndislər və alimlər üçün riyaziyyat 1" fənni üzrə 82.98 bal təşkil edib.
S.Musayeva bildirib ki, "Neft-qaz mühəndisliyi" ixtisası üzrə də 56 tələbə semestr imtahanlarında iştirak edib. Bu ixtisas üzrə BANM-nin ümumi orta balı "Emal sənayeləri A" fənni üzrə 62.59, "Mühəndisliyin əsasları A" fənni üzrə 78.05, "Kimyanın əsasları" fənni üzrə 58.93, "Mühəndislər və alimlər üçün riyaziyyat 1" fənni üzrə 82.18 bal təşkil edib. Keçirilən bütün imtahanlarda BANM Heriot-Vatt Universitetindən daha yüksək nəticə əldə edib.
Görüş çərçivəsində BANM rektoru Elmar Qasımov, ali məktəbin rəhbərliyi və valideynlər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53