Azərbaycanın şirniyyat biznesində nə baş verir?
11:43 20-02-2014
İQTİSADİYYAT
Azərbaycanın şirniyyat biznesində nə baş verir?
Ekspert: "Şirniyyat məhsulları ilə bağlı vəziyyət acınacaqlıdır"
"Şirniyyatların saxlanma müddəti 36 saatdan artıq deyil. Lakin monitorinqlər zamanı məlum olub ki, Azərbaycanda satılan tort və şirniyyat məmulatlarının 98 faizinin üzərində istehsal və saxlanma müddəti düzgün göstərilmir. Bişirilmə mənbəyi məlum olmayan məhsullar dükanlarımızı zəbt edib". Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son zamanlar dükanlarda ev şəraitində hazırlanan şirniyyat məhsulları satılmasına münasibət bildirərkən deyib.
Onun fikrincə, həmin məhsulların keyfiyyətində mütləq problemlər olur: "Çünki nəzarət edilmir. Məsələn, 5 tort ciddi bir yerdə bişirilir, qalan 15 tortu da ona qatıb dükanda satışa verirlər. Bu sahə pis vəziyyətdədir. Bu durumdan təkcə Azad İstehlakçılar Birliyi (AİB) deyil, hətta Avropada olan qonşularımız da narahatdır. Avropa Birliyinin ekperti keçən həftə AİB-in ofisində bu məsələləri müzakirə etmişik".
Birlik sədri bildirib ki, fevral ayının 25-də dövlət orqanlarının iştirakı ilə böyük bir konfrans keçiriləcək: "Konfrans Azərbaycanda qidanın təhlükəsizliyinin təmin edilməsi sahəsində görüləcək işlərə həsr olunacaq. Məsələdən təkcə Avropa İttiifaqı deyil, eləcə də ABŞ-ın İnkişaf Agentliyi də narahatdır. USAİD 7 ildir Azərbaycanda iş aparır. Azad İstehlakçılar Birliyinə müəyyən prosedur sənədlər verib, treninqlər keçirik ki, təhlükəsiz qida istehsal edən müəssisələrə "Gümüş", "Qızıl", "Platin" səviyyəli nişan verək. Bu, "Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanı" adlanır. Həmin nişan artıq dövlət qeydiyyatı alıb. Dövlət orqanları buna dəstək veriblər, lakin AİB ölkədə təhlükəsiz qida istehsal edən müəssisələri tapa bilmir. Yoxlamalar da qaydalara uyğun deyil. Ölkədə bu sahə ilə bağlı böyük problem yaşanır".
E.Hüseynovun sözlərinə görə, Avropa İttifaqının təklifi ilə prezident yanında bu işə nəzarət edən işçi qrupu yaradılacaq: "AİB də həmin işçi qrupun üzvü olmaq barədə Avropa İttifaqına təkliflər hazırlayıb".
Ekspertin fikrincə, səhiyyə, gigiyena orqanlarının nəzarəti effektsizdir: "Onlar hər şeyə gigiyenik sertifikat verirlər. Biz də beynəlxalq şirkətlərlə danışıqlar aparırırq ki, vəziyyəti dəyişək. İqtisadi İnkişaf Nazirliyi dükanlarda monitorinqlər aparmalıdır. Həmin monitorinqlərdə hətta xammalın haradan alınması, harada bişirilməsi dəqiq göstərilməlidir. Rəsmi sənədlər tələb olunmalıdır. Bu işləri icra edən yoxdur. Ona görə də belə acınacaqlı vəziyyət yaranıb".
Standartlaşdırma, Metrologiya, və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmərinin rəhbəri Fazil Talıblı bildirib ki, akkreditasiyadan keçən laboratoriyalarda, sertifikatlaşdırılma orqanlarında təsdiqlənməmiş məhsulların kütləvi satışı qadağandır: "Evdə bişən yarımfabrikatlar, süd məhsulları yalnız onu hazırlayan şəxsin ailə üzvləri üçün nəzərdə tutula bilər, geniş ictimaiyyətə, istehlakçılara təklif edilə bilməz. Bu qanunvericiliyin tələblərinin pozulmasıdır və heç bir market, satış məntəqəsi buna yol verməməlidir. Əgər nəzarət tədbirləri zamanı qanunsuzluq aşkarlanarsa, həmin satış nöqtəsinin rəhbərliyi cəzalandırılmalıdır. Həmin məhsulu qəbul etdiyinə görə mareketin rəhbərliyi məsuliyyət daşıyır. Uyğunluq sertifikatı olmayan ərzaq məhsulu satılmamalıdır. Dövlət nəzarəti tədbiri həyata keçirərəkən belə bir faktla qarşılaşarlarsa, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən cəza tədbirləri görülür".
Gülşən Raufqızı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53