Aktrisa: "Çox xoşbəxt ailəm var idi..."
11:10 25-02-2014
ŞOU
Aktrisa: "Çox xoşbəxt ailəm var idi..."
Dövlət Rus Dram Teatrının aktrisası İnna İmranovanın Milli.Az-a müsahibəsi
- Necə oldu ki, aktrisa olmaq qərarına gəldiniz?
- Əslində, bu qərarın təməli öz-özlüyündə, bəlkə də, mən uşaq ikən artıq qoyulmuşdu. Çünki beş yaşımdan etibarən incəsənətə meylim olub. Hələ o vaxtlar şeirlər əzbərləmək, onları hafizəmdə saxlamaq məndə adət halına gəlmişdi. Getdiyim bağçada da dram dərnəyinə yazılmışdım. Oranın fəal üzvlərindən biri idim.
- Belə çıxır ki, uşaqlıqdan incəsənətə olan marağınız sizi teatra gətirdi...
- Bəli, belə desək, daha doğru olar.
- Bəs aktirsa olmaq istəyinizi eşidəndə valideynləriniz necə reaksiya verdi?
- Bu qərar onlar üçün gözlənilən qərar idi. Çünki onlar bilirdilər ki, mənin incəsənətə çox böyük marağım var. Ona görə də onların xeyir-duası ilə sənətə gəldim.
- Teatra qəbul olmağınız yadınızdadır?
- 11-ci sinifdə oxuyarkən eşitdim ki, Gənc Tamaşaçılar Teatrının truppasına aktyor cəlb edirlər. Mən də ora müraciət etdim. Məktəbi bitirən kimi sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. Cənnət Səlimovanın kursuna qəbul olundum. Uzun illər Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərdim. Sonra isə oradan ayrıldım.
- Səbəb nə idi ayırlmağınıza?
- Elə də ciddi bir səbəb yox idi. Məni və mənim kimi bir çox aktrisanı təyinatla Dövlət Rus Dram Teatrına göndərdilər. Artıq dörd ilə yaxındır ki, fəaliyyətimi bu teatrda davam etdirirəm.
- Rus Dram Teatrına öyrəşməyiniz çox vaxtınızı aldı?
- Sözün düzü, yeni teatr səhnəsinə və aktyor heyətinə alışmaq bir o qədər asan deyildi. İlk zamanlar çox darıxırdım və sanki sıxılırdım. Lakin zaman keçdikcə hər şey öz qaydasına düşdü və mən tam şəkildə bura öyrəşə bildim.
- Bu teatrda ilk böyük rolunuz hansı oldu?
- Rejissor İranə xanım mənim istedadıma güvənib mənə "Karamazov qardaşları" tamaşasında Qruşa rolunu həvalə etdi. Düşünürəm ki, vəzifəmin öhdəsindən layiqincə gəldim. Mənə göstərilən etimadı doğrultmağı bacardım. Məhz bunun məntiqi nəticəsi idi ki, həmin tamaşadan sonra İranə xanım hazırladığı "Ah, bu Anna" tamaşasında yenə də mənə baş rol verdi. Mənə göstərdiyi diqqətə və qayğıya görə ona öz minnətdarlığımı bildirirəm.
- Şəxsi həyatınız nə yerdədir?
- Ailəli idim. Çox xoşbəxt ailəm var idi. Lakin həyatdır. Gözlənilmədən hər şey ola bilər. Bir neçə müddətdir ki, biz ayrılmışıq.
- Səbəb nə oldu?
- Sadəcə olaraq, anlaşılmazlıq...
- Bəlkə aktrisa olmağınızın da buna təsiri olub? Necə fikirləşirsiniz?
- Xeyr, düşünürəm ki, aktrisa olmağımla heç bir əlaqəsi yoxdur. Çünki o, mənimlə ailə quranda mən artıq səhnədə idim. Düzdür, ara-sıra qısqanclıqlar olsa da, ümumilikdə mənim sənətimi dəstəkləyirdi və mənim səhnədə olmağıma etiraz etmirdi.
- Övladınız var?
- Bəli, bir övladım var.
- İkinci dəfə ailə qurmaq barəsində düşünürsünüzmü?
- Hər bir qadın istəyər ki, xoşbəxt ailəyə sahib olsun. Ola bilər, ikinci dəfə ailə qurum, ola da bilər qurmayım. Buna indidən qərar verə bilmərəm.
- Seriallarda sizi nədənsə az görürük. Buna özəl bir səbəb var?
- Sözün düzü, serillarda görünmək bir o qədər də maraq dairəmdə deyil. Amma yaxşı serial olsa, məni qane etsə və ora dəvət alsam, məmnuniyyətlə, çəkilərəm.
- Açıq-saçıq sahnələrdə rol alarsınız?
- Baxır səhnəyə. Əgər aşırı və qabarıq dərəcədə olarsa, qətiyyətlə deyirəm ki, qəbul etmərəm. Ancaq lazımi və texniki cəhətdən hər şey gözəl olarsa, rejissor onu baxımlı təqdim etməyi bacararsa, hardasa razılaşa bilərəm.
- Sənətinizlə bağlı gələcək planlarınız nələrdir?
- Hələ ki, yeni tamşalara hazırlaşırıq. Elə də özəl bir planım yoxdur. Hər şeyi gələcək göstərər...
Digər Xəbərlər
2024-12-25 11:01:00
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38