Aktrisa: "...ayrılmağa qərar verdik"
13:03 07-03-2014
ŞOU
Aktrisa: "...ayrılmağa qərar verdik"
Tanınmış aktrisa Simuzər Ağakişiyevanın Milli.Az-a müsahibəsi (ixtisarla)
-Necə oldu ki, aktrisa oldunuz?
- Mənim aktrisa olmağım elə də asanlıqla başa gəlməyib. Ailəm mənim həkim olmağımı istəyirdi. Bunun üçün məni tibbi kurslara yazdırmışdılar. Mən həmin kursla paralel olaraq, teatr dərnəyinə də gedirdim. Özü də qardaşımla birlikdə. Çünki qardaşım da rejissorluq kurslarına yazılmışdı. Evdə ondan başqa heç kim mənim dərnəyə yazıldığımı bilmirdi. Çox vaxt qardaşımı aparmaq adıyla evdən çıxıb onunla birlikdə dərnəyə gedirdim (gülür).
- Nəticədə nə oldu?
- İmtahanların vaxtı çatmışdı. Uğurla keçsə idim, birbaşa Tibb Universitetinə qəbul olacaqdım. Birincini uğurla keçdim, lakin sonuncu imtahanda bildiyim təqdirdə heç nə yazmadım. Kəsildim. İstəyim də bu idi. Sevinirdim...
- İmtahandan kəsildikdən sonra nə ilə işlə məşğul oldunuz?
- İki ilə yaxın atamın məni düzəltdiyi bir işdə çalışdım. Ancaq ürəyimcə deyildi. Günlərin bir günü Cahangir Cahangirov mənə bir tamaşada rol vermək istədiyini və həmin tamaşa ilə qostrola gedəcəyimizi dedi. Tərəddüd etmədən qəbul etdim. Evə gəlib anama dedim. Onu heç bir vəchlə razı sala bilmirdim. Bir xeyli danışdıqdan sonra, nəhayət ki, onu yola gətirə bildim (gülür). Qastrola Göyçaya getdik. Bizi çox gözəl qarşıladılar. Mənə də "Yad qızı" tamaşasındakı Jalə obrazı tamaşası həvalə olunmuşdu. Tamaşadan sonra gurultulu alqışlardan hiss olunurdu ki, vəzifəmizin öhdəsindən lazımınca gələ bilmişdik. Evə gəldikdən sonra qəti qərara gəldim ki, mən mütləq aktrisa olacağam. Səhnə məni özünə dartıb çəkirdi sanki. Bu minvalla, sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim və qəbul olundum. Bax, belə (gülür).
- Açıq-saçıq səhnələrin yer aldığı filmlərdən təklif almısınız?
- Bir dəfə bir filmdən belə bir təklif almışam. Orada da siz deyən elə də açıq-saçıqlıq yox idi. Mən, sadəcə olaraq, paltarımı çıxardıb yatağa uzanmalı idim. Həyat yoldaşımı canlandıran aktyor da mənim öz müəllimim idi. Amma nədənsə mən o rolu qəbul edə bilmədim.
- Səbəb nə idi?
- Elə də bir səbəb yox idi. İçimdən gəlmədi. Ümumiyyətlə, mən açıq-saçıq səhnələrdə oynaya bilmərəm, çünki içimdən gəlmir.
- Son zamanlar sizi seriallarda görmürük. Bunun səbəbi nədir?
- Düzünü desəm, mən bizim serialları qəbul etmirəm. Ona görə də çəkilmək istəmirəm.
- Sizə təsir edən nədir?
- Mənə təsir edən xəyanətlərdir. Yaxın insanlardan haqsızlıq, xəyanət gördükdə mənə çox pis təsir edir.
- Çox haqsızlıqlarla üzləşmisiniz?
- O qədər...
- O xəyanətlər sizi yıxa bilməyib?
- Şükürlər olsun ki, ayaq üstündə dayanmağı bacarmışam.
- Sizi ayaq üstündə qalmağa nə vadar edib?
- Mən bir dəfə istirahət mərkəzlərindən birində övladımla dincəlirdim. Qeyd edim ki, mənim övladlarımdan biri ağır xəstədir. İndiyə qədər onun müalicəsi davam edir. Yaşlı bir xanım mənə yaxınlaşıb bu həyatda nə üçün yaşadığımı soruşdu. Tutulub qaldım. Bilmədim nə cavab verim. Düzü, bu barədə fikriləşməmişdim. O söz məni tutmuşdu. Bircə bunu arzu edirəm ki, mən övladımdan qabaq dünyadan köçməyim. Çünki ona məndən başqa heç kim baxa bilməz.
- Ailəlisiniz?
- Bəli, ailəliyəm. İkinci dəfə ailə qurmuşam. Üç övladım var.
- Həyat yoldaşınızın sizin sənətə münasibəti necədir?
- Əvvəllər məni çox qısqanırdı. Hətta bir ara deyirdi ki, işləməyəcəksən. Lakin mən onu kollektivimizlə tanış etdim, gəlib tamaşalarıma baxdı. Ondan sonra problem arada qalxdı.
- Birinci həyat yoldaşınızdan niyə ayrılmışdınız?
- Anlaşa bilmirdik. Mənim sənətimə qadağa qoyurdu. Çox söz-söhbətlər oldu. Ona görə uzun müddət səhnədən uzaq qaldım. Amma elə gedə bilməzdi. Mən səhnəsiz qala bilməzdim. Xülasə, ayrılmağa qərar verdik. Ayrılandan sonra o, rəhmətə getdi.
- Teatrdan savayı, bir gəlir yeriniz var?
- Filmlərdən, tədbirlərdən və s. dəvətlər alanda gedib iştirak edirəm.
Digər Xəbərlər
2024-12-25 11:01:00
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38