Parlamentdə nurçu komitə sədri var
11:38 08-03-2014
İQTİSADİYYAT
Parlamentdə nurçu komitə sədri var
Gülər Əhmədovada həmin şəxsin Fətulla Gülənlə şəkilinin olması ortaya çıxdı
Son günlər Azərbaycanda Fətulla Gülən mövzusu əməlli-başlı ciddiləşir. Qısa zaman ərzində Fətulla Gülənin imzası ilə məktublar ortaya çıxdı və iddia olundu ki, 20-dən çox millət vəkili Fətulla Gülənin təsirindədir. Düzdür adları çəkilən deputatlar bunu kəskinliklə təkzib etdilər.
Amma proses davam edir və indi də daha iri ranqlı şəxslərin adları nurçularla bir çəkilir. Belə ki, jurnalist Eynulla Fətullayev də maraqlı məqamlara toxunub: "Narahatlıqlar jurnalistlər tərəfindən araşdırılır və bu gün Türkiyədə yaşananlar istisna deyil ki, sabah Azərbaycanda da yaşana bilər. Hələ 2007-ci ildə "Realnıy Azərbaycan" qəzetini çıxararkən hazırda həbsdə olan Milli Məclisin sabiq deputatı Gülər Əhmədova yanıma gələrək parlamentin komitə sədrlərindən birinin Fətullah Gülənlə olan fotosunu mənə göstərdi. Əgər belə faktlar o vaxtdan bəri mövcud olubsa, bununla artıq ciddi şəkildə məşğul olmağın zamanıdır".Eyni zamanda Eynulla Fətullayev bildirib ki, bu gün dini durumla bağlı məsələlər sosial şəbəkələrdə, o cümlədən "Facebook"da da çox ciddi müzakirə olunur. O, bu müzakirələrdə bəzi narahatlıq doğuran məqamların olduğunu deyib. Bildirib ki, axşam Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Heydər Mirzə adlı əməkdaşı "Facebook"da "cındır jurnalistlər" deyə bir status yazıb. Bu, çox ciddi müzakirəyə səbəb olub. "Azərbaycanda rəsmi bir qurumda çalışan bir əməkdaşın, dövlət məmurunun jurnalistə cındır deyə müraciət etməsinin arxasında nə dayanır? Ümumiyyətlə bu adamlar nə demək istəyirlər? Niyə dövlət məmurları siyasi proseslərə belə müdaxilə edirlər və özlərini pis vəziyyətə salırlar", - deyə E. Fətullayev bildirib.Müşahidəçilər hesab edir ki, bu proses daha da dərinləşəcək və yəqin ki, gözlənilməz istefalarında şahidi olacağıq. Hələ bir müddət öncə prezident İlham Əliyev müşavirədə bildirmişdi ki, məmurların xarici qüvvələrlə əlaqələri yol verilməzdir. Bu gün isə artıq bir sıra mühüm post sahiblərinin nurçu olmaları ortaya çıxır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53