Prezident İlham Əliyev paytaxtda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olub
11:53 08-03-2014
CƏMİYYƏT
Prezident İlham Əliyev paytaxtda inşası davam etdirilən bir sıra yol
qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də paytaxtda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Son illər paytaxtda və regionlarda yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir.
Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər də ardıcıl olaraq davam etdirilir. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yürüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə yönəldilmişdir.
Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri belə bir reallığı da ortaya qoyur ki, son illərdə qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, paytaxtın yol-nəqliyyat infrastrukturunun daha müasir səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü və mühüm tədbirlər sırasına yeniləri də əlavə edilir.
Dövlətimizin başçısı əvvəlcə paytaxtın Ziya Bünyadov prospektinin Müzəffər NərimanOv küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi ilə tanış oldu.
Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, Ziya Bünyadöv prospektinin yenidən qurulması layihəsinə görə 10 kilometə yaxın uzunluğu olan 10 cərgəli avtomobil yolu ən müasir tələblər səviyyəsində salınır. Layihəyə əsasən burada müxtəlif səviyyəli 5 yol qovşağı, 4 yerüstü və 2 yeraltı piyada keçidi də inşa olunur. Ziya Bünyadov prospektinin Müzəffər NərimanOv küçəsi ilə kəsişməsində birinci yol qovşağı tuneldən və tunel üzərində nəqliyyat vasitələrinin dairəvi hərəkətini və geriyə dönmələrini təmin edən yollardan ibarətdir. Tunelin ümumi uzunluğu 780, qapalı hissəsinin uzunluğu isə 300 metrdir. Altızolaqlı yolun eni 27 metrə yaxındır. Tunel nəqliyyat vasitələrinin Ziya Bünyadov prospekti boyunca Böyükşor və 20 Yanvar dairələri istiqamətində maneəsiz, intensiv hərəkətini təmin edəcəkdir. Tunelin üstündə inşa olunmuş avtomobil yolları isə nəqliyyat vasitələrinin dairəvi, geriyə dönmə, Müzəffər Nərimanov küçəsi ilə Heydər Əliyev prospekti istiqamətinə və əksinə hərəkətini təmin edəcəkdir. Yenidən qurulmuş Müzəffər Nərimanov küçəsi üzrə dördzolaqlı yolun ümumi uzunluğu 1740, eni 19 metrdir.
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33