Ağsu aşırımı ilə bağlı yeni təklif
Ekspert: "Orada avtomobil yolu yenidən tikilməlidir"
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində yenidən torpaq sürüşməsi prosesləri aktivləşib.
Bəzi yerlərdə torpaq uçqunu və asfalt yolda iri ölçüdə çatlar yaranıb. Sürüşmə Ağsu aşırımının bir neçə yerində müşahidə olunur.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, ərazidəki yoldan keçən ağır tonnajlı nəqliyyat vasitələri, eləcə də orada fəaliyyət göstərən ictimai iaşə obyektlərinin kommunikasiya xətlərinin olmaması aktiv sürüşmə zonasını daha da sərtləşdirir. Onun sözlərinə görə, kommunikasiya xətlərinin olmaması həmin obyektlərin tullantı sularını birbaşa yamaca axıtmasına səbəb olur.
Şirkətin rəsmisi deyib ki, bu problemin qarşısını almaq üçün qısa məsafələrdə yol çəkilib, bərkitmə işləri aparılıb: "Lakin bu, problemi həll etmir. Problemin həlli üçün əsaslı işlər görülməlidir. Həmin yol sökülüb, yenidən tikilməlidir ki, bunun üçün də yeni layihə hazırlanmalıdır. Ağsu aşırımı sürüşmə zonası olduğundan orada süxurların xarakterinə uyğun olaraq geoloji-axtarış işləri aparılmalıdır. Bundan sonra isə həmin işin əsasında yeni yolun layihəsi işlənməlidir. Məndə olan məlumata görə, həmin əraziyə müasir cihazlar aparılıb və oradakı vəziyyət öyrənilir". P.Mürsəliyev qeyd edib ki, bu problemin həlli üçün ölkə hökuməti səviyyəsində qərarın veriləcəyi gözlənilir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53