Yeni nazirin vurduğu keçmiş rəisə bəd xəbər
10:30 12-03-2014
İQTİSADİYYAT
Yeni nazirin vurduğu keçmiş rəisə bəd xəbər
Mikayıl Zeynalovun fəaliyyəti ilə bağlı korrupsiya şübhələri dolaşır
Ötən həftə Kənd Təsərrüfatı Nazirliyində daha bir vəzifəli şəxs tutduğu vəzifədən azad edilib. Nazirlikdən verilən məlumata görə, nazir Heydər Əsədovun əmri ilə Respublika Dövlət Toxum Müfəttişliyinin rəisi Mikayıl Zeynalov vəzifəsindən azad olunub.
Respublika Dövlət Toxum Müfəttişliyinin rəisi vəzifəsinin müvəqqəti olaraq icrası Müfəttişliyin rəis müavini Ədalət İsmayıl oğlu Yusifova həvalə edilib.
Dünən bu mövzu ilə bağlı əldə etdiyimiz məlumata görə, adıçəkilən müfəttişliyin artıq sabiq olan rəisinin "vurulmasında" onun fəaliyyətindən ciddi narazılıqların meydana çıxması əsas rol oynayıb. Yeni nazir müfəttişlikdə korrupsiya ilə bağlı faktların olması səbəbi ilə Zeynalovun işinə son verib.
Əks halda bu vəzifəyə heç də uzun müddətdir təyin edilməyən Mikayıl Zeynalovun görəvdən alınmasını başqa cür izah etmək çətindir.
O da maraqlıdır ki, Respubilika Dövlət Toxumçuluq Müfəttişliyində rəis dəyişikliyinə bir neçə gün qalmış müxtəlif KİV-lərdə Mikayıl Zeynalovun fəaliyyəti ilə bağlı tənqidi məlumatlar yer alıb. Həmin məlumatlarda bildirilirdi ki, bu qurumda hər il dövlətin milyonlarla manat vəsaiti mənimsənilir. İddialara görə, Müfəttişliyin regionlarda olan şöbələri üçün binaların tikintisi zamanı həyata keçirilən maxinasiyalar xüsusi ilə diqqətçəkicidir. Belə ki, Respubilka Dövlət Toxumçuluq Müfəttişliyinə keçən il Kənd Təsərrüfatı Nazirliyi xətti ilə 2,5 milyon manata yaxın vəsait ayrılıb. Həmin vəsaitin böyük bir hissəsi - təxminən 2.1 milyon manatı Göyçay, Ağcabədi, Cəlilabad, Bərdə, Xaşmaz, Biləsuvar, Beyləqan, Sabirabad, Şəki rayonlarında Toxumçuluq Müfəttişliyinin və Aqrokimya labaratoriyalarının inzibati binalarının tikilməsinə sərf olunub.
Bildirilir ki, bir çox rayonlarda maliyyə çatışmamazlığından bu tikintilər dayandırılıb. Çünki ayrılan vəsitin böyük hissəsi mənimsənilib. Belə ki, tikintiləri həyata keçirən bir çox şirkətlərlə bağlanan müqavilələrdə maliyyə maxinasiyalarına yol verilib. Həmçinin daxil olan məlumatda göstərilir ki, Respublika Dövlət Toxumçuluq Müfəttişliyinin rayonlardakı şöbələrinin inzibati binalarının təmiri zamanı da yeyintilər olub. Bir çox rayonlarda həyata keçirilən tikintilərin kosmetik olduğu qeyd olunur.
İddialarda xüsusi olaraq vurğulanırdı ki, Respublika Dövlət Toxumçuluq Müfəttişliyinin rəisi Mikayıl Zeynalov vəzifəsinə yeni təyinat aldığına baxmayaraq bəzi maliyyə maxinasiyalarında iştirak edib. Görünür, bu cür məlumatlar heç də əsassız deyilmiş və həmin iddiaların ortaya çıxmasından günlər sonra onun "vurulmasına" qərar verilib.
Onu da qeyd edək ki, yeni məlumatlarda Mikayıl Zeynalovun rəhbərlik etdiyi dövrdə adıçəkilən Müfəttiişliyin fəaliyyəti təftiş oluna bilər. Artıq bununla bağlı nazirliyin dəhlizlərində müxtəlif söz-söhbətlər gəzir.
Bildirilir ki, həqiqətən də belə bir yoxlama aparılarsa, ortaya bir çox yeyinti faktlarının çıxması istisna deyil. Belədə isə bu, qurumun keçmiş rəisinə əlavə başağrıları yarada bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53