Bəzi oliqarxların baş nazirlik savaşı yenidən start götürür
10:58 13-03-2014
İQTİSADİYYAT
Bəzi oliqarxların baş nazirlik savaşı yenidən start götürür
Hökumətin hesabatı zamanı Artur Rəsizadə sərt tənqidlərlə qarşılaşa bilər
Martın 14-də Nazirlər Kabineti Milli Məclisdə hesabat verəcək. Əldə etdiyimiz məlumata görə, ötən ilin hesabatı artıq deputatlara təqdim olunub. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyir ki, ölkədə görülən işlər göz qabağındadır və bunlar da rəqəmlərlə təzahürüdür. “İnsanlar hər şeyin yaxşısı ola-ola bir az da yaxşısını istəyirlər. Ölkədə gedən proseslər təməlidir, ölkədə inkişaf yaşanır. Bu rəqəmlər, göstəricilər, hesabat Azərbaycanın inkişafından xəbər verir. Dünyada gedən proseslərə nəzər salanda Azərbaycanın inkişafı hiss olunan dərəcədədir.Bunu görməmək kor adamların işidir.
Həqiqətən də göstəricilər Azərbaycan vətəndaşının yaxşı yaşayışından xəbər verir. Hesabatın məqsədi nədir? Hökumət gördüyü işlərdən danışır, biz də onlardan soruşuruq, tələb edirik ki, filan qanun , filan məsələ niyə icra olunmayıb? Bu məsələləri qaldıraraq sorğu-sual olunur”. Millət vəkili hesab edir ki, hesabat hökumət üçün çox əhəmiyyətli tədbirdir. Komitə sədri onu da bildirib ki, hökumətin hesabatı zamanı hökuməti tənqid edəcək. “Hesabatda belə bir ciddi məsələ var. Tibbi sığorta haqqında qanun barədə ölkə başçısının sənədləri və sərəncamları var. Amma bu günə kimi hələ ki, icra olunmayıb. Ona görə də hökuməti tənqid edəcəyəm”.Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun sözlərinə görə isə, hesabatla bağlı bir neçə təklifi olacaq: “Çıxışa imkan olsa öz təkliflərimi verəcəyəm. Həmin təkliflər əsasən kənd təsərrüfatı, qeyri-neft sektorunun inkişafı, regionların iqtisadi inkişafında əsas məsələ olan işsizlik probleminin həlli ilə bağlı olacaq. Bundan başqa Azərbaycanın müharibə şəraitində olan bir ölkə kimi ərzaq təhlükəsizliyinin təminatı məsələsi ilə bağlı fikirlər səsləndirəcəyəm.
Ümumiyyətlə götürəndə isə baxmayaraq ki, dünyada 2,1 %artım olan, Azərbaycanda bu rəqəm 5,8% olub. Son 10 ildə Azərbaycan iqtisadiyyatında artımlar çox yüksək olub. Artıq 50 milyard dollara yaxın ehtiyat yaranıb. Yəni müsbət məqamlar çoxdur”.”Unikal”a daxil olan məlumata görə, bəzi millət vəkillərinin hökumətin ünvanına sərt tənqidlər və kəskin suallar səsləndirməsi də istisna edilmir. Bu isə daha çox hakimiyyət daxilində baş nazirlik uğrunda mübarizənin yenidən start götürməsi anlamına gələcək.Məsələ burasındadır ki, sonuncu prezident seçkilərindən sonra hazırki baş nazir Artur Rəsizadənin görəvində saxlanılması hökumət başçılığına iddia edən bir çox oliqarx-məmurlarda pərişanlıq yaratmışdı.Amma sonradan mətbuatda belə iddialar özünə yer almağa başladı ki, Rəsizadənin Nazirlər Kabinetinin rəhbəri görəvində saxlanılması müvəqqəti addımdır; hökumət kabinetində tezliklə yeni dəyişikliklər olacaq və bura baş nazirin əvəzlənməsi planı da daxildir.Elə bu səbəbdən də hökumətin hesabatının müzakirəsi zamanı baş nazirliyə iddialı olan bəzi iri məmurlara yaxın deputatların Milli Məclisdə hökuməti sərt tənqidə köklənəcəyi istisna edilmir.Əgər bu ehtimal reallaşarsa, o zaman müəyyən iqtidar içi qruplar arasında baş nazirlik uğrunda mübarizənin yenidən start götürdüyünü ehtimal etmək üçün kifayət qədər əsaslar ortaya çıxmış olacaq.
Qalib Qabiloğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53