Nurçular mason kimi bir şeydir
11:02 13-03-2014
CƏMİYYƏT
Nurçular mason kimi bir şeydir
“Nurçular dünya ağalığına nail olmaq istəyir. Amma Azərbaycanda nurçu təriqətinin fəaliyyət göstərməsi üçün münbit şəraitin olması da göz qabağındadır”. Bunu ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda Fəthullah Gülənə məxsus nurçu camaatının fəaliyyətini şərh edərkən deyib.
O bildirib ki, nurçuların cəmiyyətin müxtəlif təbəqələrinə, dövlət strukturlarına nüfuz etməsinin səbəblərindən biri də Azərbaycanda ənənəvi təriqətləri təmsil edənlərin fəaliyyətsizliyidir. ADP sədrinin sözlərinə görə, ölkəmiz 20 ildən çoxdur müstəqillik əldə etməsinə baxmayaraq normal din xadimi ortaya çıxmayıb: “Buna görə də həmin din xadimləri xalqdan ayrı düşürlər, xalq isə başqa-başqa təriqətlərin təsiri altına düşür. Azərbaycan televiziyalarında din mövzusunda verilişlər olduqca azdır. Olanlar da xalq kütlələrinin ruhuna işləmir. Azərbaycanda dini təbliğat yox səviyyəsindədir. Başqa-başqa təriqətlər, o cümlədən nurçuluğun nümayəndələri isə tam fərqli şəkildə, sanballı, əhatəli təbliğatlarını aparırlar”.
Partiya rəhbəri hesab edir ki, Azərbaycanda nurçular heç də özlərinin dedikləri kimi dini təbliğatla məşğul deyillər: “Fəthullah Gülən şəbəkəsinə aid qruplar yalnız təhsil sahəsində aktiv deyillər”,
Cəlaloğlunun sözlərinə görə, nurçuluqla müqayisədə Azərbaycandakı digər ənənəvi din mühitinin təbliğatçıları normal fəaliyyət göstərmir: “Ona görə də nurçuluq, vəhhabilik və xristian təriqətləri Azərbaycanda yaxşı inkişaf edib. Azərbaycanda dinin təşkilatlanmasına konseptual olaraq yenidən yanaşmalıyıq”, - deyən S. Cəlaloğlu Qafqaz Müsəlmanları İdarəsini də işin öhdəsindən gəlməməkdə ittiham edib. Onun fikrincə, nurçuların əsas hədəfləri elitar siyasətə hesablanıb: “Nurçuluq mason tipli bir təriqətdir. Türkiyədə olduğu kimi Azərbaycanda da eynilə yazıçılar, sənət adamları, siyasətçilər, deputatlar, nazirlər arasında nurçular var. Bir də görürsən ki, elə də siyasi çəkisi olmayan bir adam gəlib deputat, nazir müavini olur.
Araşdıranda görmək olar ki, belə adamların Azərbaycan şərtlərində ölkəyə gəlməsi kənar təsir olmadan mümkün deyil. Azərbaycan hökumətinin bu gün nurçulara qarşı apardığı mübarizə Türkiyədə AKP hakimiyyətinin yürütdüyü siyasətin surətidir. Azərbaycan müstəqil şəkildə nurçuluğa qarşı mübarizə aparmır. Çünki Türkiyədə nurçuluğun yaratdığı təhlükənin Azərbaycanda gerçəkləşməsi real görünmür. Nurçular əsasən Türkiyədə yaratmaq istədikləri şəriət dövlətinə Azərbaycandakı nümayəndələrinin necə dəstək verəcəyini düşünürlər”.
S. Cəlaloğlu nurçu camaatın Azərbaycan müxalifətində olması ehtimalından danışıb. O bildirib ki, belə bir hal istisna deyil: “Onlar üçün kimin müxalifətdə, kimin iqtidarda olmasının önəmi yoxdur. Əlimdə konkret fakt yoxdur. Amma nurçuların Azərbaycan müxalifətində bəzi adamlara dəstək verməsi ehtimalı güclüdür”.
Fuad
Digər Xəbərlər
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00