Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
11:03 13-03-2014
CƏMİYYƏT
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İran İslam Respublikasının xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İbrahim Rəhimpur İran İslam Respublikasının Prezidenti Ayətullah Həsən Ruhaninin qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırdı. İbrahim Rəhimpur İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulduğu bir gündə ölkəmizə səfərindən və Prezident İlham Əliyev ilə görüşündən məmnunluğunu ifadə etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Ayətullah Həsən Ruhani ilə Davosda görüşünü məmnunluqla xatırladı. Dövlətimizin başçısı prezidentlərin görüşünün ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına yeni təkan verdiyini vurğuladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Prezident Ayətullah Həsən Ruhaninin Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi, onun da təbriklərini İran Prezidentinə çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanın etimadnaməsini qəbul edib.
Səfir Vitezslav Pivonka fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Vitezslav Pivonka etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Prezidentinin Azərbaycanın dövlət başçısı ilə bu yaxınlarda Soçidə görüşünü böyük məmnunluq hissi ilə xatırladığını vurğuladı. Vitezslav Pivonka Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında iqtisadi, enerji, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Çexiya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Çex Respublikasının Prezidenti Miloş Zemanla görüşünü xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini qeyd etdi.
Dövlətimizin başçısı Prezident Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çex Respublikasının dövlət başçısına çatdırmağı xahiş etdi.
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33