Prezident təhsillə bağlı yeni sərəncam imzaladı
11:42 14-03-2014
CƏMİYYƏT
Prezident təhsillə bağlı
yeni sərəncam imzaladı
Sənaye və texniki ixtisaslara qəbul planı artırılacaq. Ölkə başçısı Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə 2014-2015-ci tədris ili üçün qəbul planında sənaye və texniki ixtisaslara ayrılan yerlərin artırılması ilə bağlı sərəncam imzalayıb. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi bağlı tədbirlər planında əksini tapıb.
Tədbirlər Planına əsasən, Tələbələr və doktorantlar arasında sənayenin inkişafına dair elmi məqalələr müsabiqəsinin keçirilməsi, sənayenin inkişafı sahəsində aparılan elmi araşdırma və tədqiqatların dəstəklənməsi, elmi tədqiqat işləri nəticələrinin təsdiqi və kommersiyalaşdırılmasının genişləndirilməsi ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri ilə istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsinə dair tədbirlərin həyata keçirilməsi, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində sənaye və texniki sahələr üzrə tədris aparan elmi-pedaqoji və mühəndis-pedaqoji kadrların xaricdə ixtisasartırma kurslarında iştirakının təşkili ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulub.
Onu da qeyd edək ki, tədbirlər planında Gəncə və Mingəçevirdə sənaye parkı yaradılması, “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsinin təqdim olunması və Azərbaycanda sənayenin inkişafı mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49