Azərbaycanın təmas xəttinə əlavə qoşun cəmləşdirdiyi xəbəri yayıldı: ermənilər təşvişdə
11:44 14-03-2014
CƏMİYYƏT
Azərbaycanın təmas xəttinə əlavə qoşun
cəmləşdirdiyi xəbəri yayıldı: ermənilər təşvişdə
Azərbaycan Müdafiə Nazirliyi Seyran Ohanyanın iddialarına cavab verib
Erməni deputatlar vahimə içərisindədirlər. Ermənistan parlamentinin dünən baş tutan iclasında parlamentarilər Azərbaycanın təmas xəttinə canlı qüvvə cəlb etməsi xəbərini veriblər.
"Orinats erkir" partiyasının katibi Mqer Şahgəldiyanın Azərbaycanın təmas xəttinə əlavə canlı qüvvə və hərbi texnika yığması xəbərini verərək ermənilərin buna necə hazırlaşdığını soruşub. Ermənistanın müdafiə naziri Seyran Ohanyan deputatları sakitləşdirib.
O, bildirib ki, narahatlığa səbəb yoxdur. Seyran Ohanyan bildirib ki, Azərbaycan tərəfi yanvarın 19-dan sonra planlı şəkildə hərbi təlimlərin sayını artırıb. Ermənistan müdafiə nazirinin sözlərinə görə, təmas xəttində mühəndis-istehkam tədbirlərinin sayı 30 faiz artıb.
Azərbaycan Müdafiə Nazirliyi erməni deputat və müdafiə nazirin iddiasına cavab verilib. Qurumdan anspress-ə verilən məlumata görə, Ordumuzun tabeliyində olan hərbi hissələr günün nizam qaydalarına və təsdiq olunmuş plana uyğun olaraq fəaliyyət göstərir. Hərbi texnikanın və qoşunların heç bir yerdəyişməsi həyata keçirilməyib.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49