Siyavuş Novruzov İcra başçılarını hədələdi
16:44 15-03-2014
İQTİSADİYYAT
Siyavuş Novruzov İcra başçılarını hədələdi
YAP-çı deputat icra başçılarını
korrupsiyada, Maliyyə Nazirliyini isə məsuliyyətsizlikdə ittiham etdi
Rayonların inkişafına ayrılan vəsaitin düzgün xərclənməməsinə görə bəzi icra başçıları cəzalandırılacaq Azərbaycan Respublikasının iqtisadi qüdrəti artdıqca bu öz növbəsində paytaxt Bakı ilə yanaşı regionların sosial-iqtisadi inkişafına da təsirsiz ötüşmür.
Bu baxımdan qeyd olunmalıdır ki, ölkə rəhbərliyinin qəbul etdiyi və önəm verdiyi “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində kifayət qədər böyük işlər görülüb. Artıq rayonlarımız əvvəlki simalarını tamamilə dəyişmiş və müasir görkəmə qovuşmuşdur. Aydındır ki, geniş miqyaslı bu işlər böyük maliyyə tələb edir və bu məqsədlə dövlət büdcəsindən milyonlarla manta vəsait ayrılır. Amma həmin vəsaitlər hər yerdə təyinatı üzrə xərclənirmiş.Çox böyük təəssüf hissiylə qeyd olunmalıdır ki, bəzi yerlərdə İcra Hakimiyyətləri xərcləmələrdə qeyri-şəffaflığa yol verir, ayrılmış dövlət vəsaiti müxtəlif yollarla talanır. Məlumat üçün bildirək ki, “Unikal” qəzeti olaraq hər zaman bu mövzunu diqqətdə saxlamış və yol verilən yeyintilərlə bağlı əldə etdiyimiz faktları dərc etmişik. Ötən gün isə sözügedən məsələ artıq parlament tribunasından səsləndirildi.Belə ki, Milli Məclisin dünənki iclasında çıxış edən millət vəkili Siyavuş Novruzov bildirib ki, icra başçıları yerlərə təyin olunan kimi mövcud parkları sökür, insanların istirahətinə maneçilik törədirlər: “Əgər icra başçıları bu parkları bəyənmirlərsə onda bundan daha yaxşılarını tiksinlər. Bir icra başçısını yenisi əvəz edəndə o köhnə icra başçısının gördüyü işlərin üstündən xətt çəkmək üçün onun bütün gördüklərini sökməyə başlayır. Məsələn, yeni icra başçısı köhnə icra başçısının təmir etdiyi yolu sökür. Gördüyü abadlıq işlərini məhv edir. Orda yenidən bu işləri görməyə başlayır. Amma həmin təmir olunmuş yol və ya qonşu küçə isə bərbad vəziyyətdədir. Amma buna diqqət yetirmir. İcra başçıları bu işi o görülən işlərdən bir neçə dəfə bahasına görür. Dövlət vəsaitini lazımsız yerə havaya sovurur. Ona görə də hökumət, Maliyyə Nazirliyi rayonlara ayrılan bu dövlət vəsaitlərinə nəzarəti gücləndirməlidir və bu halların qarşısının alınmasına çalışmalıdır”.“Unikal” qəzetini məlumatlandıran mənbə isə bildirir ki, YAP-çı millət vəkilinin parlamentdə bu məsələni qaldırması və icra başçılarını konkret olaraq korrupsiyada, Maliyyə Nazirliyini isə məsuliyyətsizlikdə ittiham etməsi heç də təsadüfi deyil. Belə ki, artıq müvafiq dövlət qurumlarına bir sıra rayonlarla bağlı (Ağcabədi, Bərdə, Sumqayıt, Tərtər, Yevlax və digərləri-red) konkret yeyinti faktları daxil olub. Məlumatda bildirilir ki, RİH başçıları həmin pulların “yuyulmasında” bir qayda olaraq Maliyyə Nazirliyinin yerli qurumları ilə əlaqəli şəkildə işləyiblər. Bu üzdən də yaxın zamanlarda bir sıra rayonlarda maliyyə yoxlamalarının aparılacağı gözlənilir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53