"Kənardan kömək olmasa, Qarabağ separatçıları referendum keçirməyə cəsarət edə bilməz"
10:50 18-03-2014
CƏMİYYƏT
"Kənardan kömək olmasa, Qarabağ separatçıları referendum keçirməyə cəsarət edə bilməz"
"Krımdakı referendum Qarabağ məsələsində tətbiq edilə bilməz. Çünki Qarabağ problemi BMT çərçivəsində müzakirə olunur və BMT-nin məlum dörd qətnaməsi var. Üstəlik BMT ATƏT-in Minsk Qrupunu yaradan bir beynəlxalq təşkilatdır". Bunu keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Krım referendumunun qondarma Dağlıq Qarabağ "respublikasına" tətbiq edilməsi barədə danışarkən deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupu da daxil olmaqla digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ problemini tam fərqli münaqişə hesab edirlər.
Ekspert hesab edir ki, beynəlxalq ictimaiyyətin bu mövqeyi Dağlıq Qarabağdakı separatçı rejimi referendum haqda qərar qəbul etməsinə mane olacaq. Analitikin sözlərinə görə Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı qurum əlahiddə və ya kimsənin razılığı olmadan referendum keçirə bilməz. Amma deyilənlərə baxmayaraq, politoloq Rusiyanın provakativ addımlar atacağını da istisna etmir. "Rusiya yenidən provakator rolunu oynaya bilər. Zənnimcə, kənardan kömək olmadan nə Ermənistan nə də Dağlıq Qarabağ separatçıları Azərbaycan ərazilərində referendum keçirməyə cəsarət edə bilər. Rusiyanın başı artıq qarışıb. Bu proses uzun çəkəcək. Rusiyanın Krımla bağlı problemlərdən yaxa qurtarması Rusiyaya çox baha başa gələcək. Güman edirəm ki, hadisələrin inkişaf meyli Azərbaycanın xeyrinədir"-deyə sabiq dövlət müşaviri bildirib.
Siyasi şərhçi referendum presedentinin Cənubi Osetiya və Abxaziya üçün tətbiq edilməsi barədə isə bunları deyib: "Həmin bölgələr artıq özlərini müstəqil elan ediblər. Onlar özlərini ikitərəfli müqavilə zəminində apara bilərlər. Onlarda referendum keçirmək mümkündür. Çünki Rusiya onların müstəqilliklərini tanıyıb. Cənubi Osetiya faktiki olaraq Rusiyanın tərkibindədir. Bu bölgənin ən azı doxsan faizi Rusiya vətəndaşlığı pasportalarını daşıyır. Abxaziyada da xeyli insan Rusiya vətəndaşıdır. Rusiya pasport diplomatiyasından istifadə edərək referendum keçirməyə ehtiyac duymadan da bu əraziləri özünə qata bilər. Bu iki qurumda vəziyyət tamamilə fərqlənir. Oradakı proseslər tamamilə Rusiyanın nəzarəti altındadır".
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33