Eldar Quliyev seçicilərinə Novruz sovqatı payladı
10:51 18-03-2014
CƏMİYYƏT
Eldar Quliyev seçicilərinə Novruz sovqatı payladı
Millət vəkili bayram günlərində seçicilərinin yanında oldu, onlarla silsilə görüşlər keçirdi
Novruz bayramının gəlişi ilə əlaqədar olaraq respublikamızın hər yerində müxtəlif səviyyəli görüşlər, bayram tədbirləri keçirilir. Sevindirici haldır ki, millət vəkillərimiz də bu bayram günlərində seçiciləri ilə daha sıx təmaslara, onlarla silsilə görüşlər keçirməyə üstünlük verir.
Bu isə seçicilər tərəfindən məmnunluqla qarşılanmaqla yanaşı, onlarda öz deputatlarına qarşı böyük inam hissi yaradır. Unutmaq olmaz ki, millət vəkili-seçici bağlılığını formalaşdıran əsas faktorlardan bağlıcası elə bu kimi görüşlər və canlı təmaslardır. Bu bayram günlərində seçiciləri ilə birgə olan belə millət vəkillərindən biri də 28 saylı Sabunçu dairəsindən seçilmiş deputat Eldar Quliyevdir.
Hər zaman seçicilərinin problemlərinin həlli yönündə əlindən gələni əsirgəməyən millət vəkili Eldar Quliyev Novruz bayramı ərəfəsində də seçicilərini unutmadı. Seçildiyi ərazidə silsilə tədbirlər və görüşlər keçirən millət vəkili ilk olaraq iki gün bundan öncə Maştağa qəsəbəsində Novruz bayramı münasibətilə qəsəbə sakinlərinin iştirakı ilə yığıncaq keçirib. Sakinlərlə görüşən deputat Novruz Bayramının tarixinə nəzər salıb, bu barədə geniş məlumat verib. Hətta SSRİ vaxtlarında belə bu bayramın yasaq edildiyini xatırladan deputat Bakı kəndlərinin bu milli bayramı hər zaman qeyd etdiyini diqqətə çatdırıb və buna görə Bakı kəndlərinin sakinlərinə təşəkkür edib. Deputat bildirib ki, bu gün Azərbaycanda Novruz Bayramının təntənəli şəkildə qeyd edilməsində və bayramla bağlı bütün keçmiş adət-ənənələrin qorunub saxlanılmasında Bakı kəndlərinin xüsusi rolu olub. Onlar bütün yasaqlara baxmayaraq öz milli adət-ənənəmizi qoruyub saxlayıblar.
E. Quliyev qarşıdan gələn bayram münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən qəsəbə sakinlərini təbrik edib, onlara əmin-amanlıq, xoş günlər, süfrələrinin daima ruzi-bərəkətli olmasını arzulayıb. Deputat bildirib ki, Azərbaycan Respublikası gündən-günə inkişaf edir: "Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ölkə Prezidenti cənab İham Əliyevin hər zaman nəzarətindədir. Xalqın maddi rifahı zaman-zaman yaxşılaşır. Bildiyiniz kimi, biz hər həftə qəsəbə camaatı ilə görüşürük, onların sosial problemlərini həll etməyə çalışırıq. İki gündən sonra ilaxır çərşənbədir. Həmin günü qəsəbə camaatı, o cümlədən Nardaran, Maştağa, Bilgəh, Zabrat sakinləri ilə birlikdə görüşlərimiz olacaq, imkan daxilində sizlərin bayram süfrələrinizi rəngbərəng etmək üçün əlimizdən gələn köməyi edəcəyik". Tədbirdə həmçinin qəsəbə sakinlərinin deputata ünvanladıqları müxtəlif tipli suallar cavablandırılıb, onlarda xoş bayram ovqatı yaradılıb.
Keçirilən tədbirlərlə bağlı "Unikal" qəzetinə açıqlama verən millət vəkili Eldar Quliyev anoloji bayram tədbirlərinin dünən Bilgəhdə davam etdiyini söylədi. Millət vəkilinin sözlərinə görə, Bilgəhdə yerləşən 11 saylı internat məktəbində şagirdlərə Novruz sovqatları paylanılıb, daha sonra isə 21 saylı uşaq evində də tədbir keçirilib və Novruz sovqatları paylanılıb. Bayrama qədər daha bir neçə tədbirlərin keçirilməsinin nəzərdə tutlduğunu bildirən millət vəkilinin sözlərinə görə, elə bu gün saat 15-00-da Maştağa qəsəbəsində Novruzun əsas atributları sayılan Kosa və Keçəlin iştirakı ilə möhtəşəm bayram tədbiri baş tutacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55