Erməni lobbisinin millətlərarası münasibətlərə uzatdıqları əl
11:00 18-03-2014
CƏMİYYƏT
Erməni lobbisinin millətlərarası münasibətlərə uzatdıqları əl
Azərbaycan diplomatiyasını hərəkətə keçirtdi
Azərbaycanda millətlərarası münasibətlərin inkişafı, milli və dini tolerantlığın qorunması artıq dövlət səviyyəsində həyata keçirilən siyasətin tərkib hissəsidir. Buna görə dəfələrlə beynəlxalq səviyyələrdə toplantılar keçirilib, maarifləndirmə kursları təşkil olunub, məhz bu sahə ilə məşğul olacaq müşavirlik postu yaradılıb və tədbirlərin görülməsi davam etdirilir. Bunun ən başlıca səbəblərindən biri və birincisi ölkədə sabitliyin olmasıdırsa, digər mühüm məqamda erməni lobbisinin son zamanlar kifayət qədər aktivləşməsidir və lobbinin hazırda əsas məqsədi aşağıdakılardır
1. Dünyada Azərbaycanda milli-dini zəmində demokratiyanın olmaması rəyini yaratmaq
2. Azərbaycanda millətlərarası münasibətlərin inkişafına əngəl törətmək və daha sonra münaqişə həddinə çatdırma
3. Azərbaycanda ekstremist ovqatlı güclərə dəstək olmaq
4. Dini tolerantlığın pozulması və əsasən İslam təmayüllü təriqətləri üz-üzə qoymaq
5. Milli tolernatlığın zədələnməsi və bununla da özmüqəddaratını həll etmə prinsipini ortaya çıxartmaqla, Dağlıq Qarabağın müstəqilliyini əldə etmək
Gördüyünüz kimi kifayət qədər ağır məqsədlər ortaya qoyulub və Azərbaycanda sözsüz ki, bunların qarşısını almaq üçün alternativ yollar aramaqdadır. Bunun üçün bir tərəfdən ölkə daxilində mühüm addımlar atılırsa, digər tərəfdən də ölkə xaricində real işlər görülməlidir. Bu baxımdan Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısının keçirilməsi çox mühüm addım kimi dəyərləndirilməlidir. Tədbirdə BMT sisteminə daxil olan təşkilatlarda, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatların müxtəlif ölkələrdə yerləşən ofislərində işləyən 50-yə yaxın Azərbaycan vətəndaşı iştirak edib.
Tədbirin məqsədi beynəlxalq səviyyədə iş təcrübəsinə malik olan Azərbaycan vətəndaşlarının ölkənin inkişafı prosesində daha da fəal iştirakını təmin etmək məqsədilə onları birləşdirəcək vahid mərkəzin yaradılması və sistemli yanaşmanın formalaşdırılmasından ibarətdir. Beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşları haqqında müfəssəl məlumatların toplanılması yolu ilə onlar haqqında vahid məlumat bazasının yaradılması, vətəndaşların bu qrupu arasında daimi əlaqələndirmə mexanizmlərinin hazırlanması və tətbiqi və digər məsələlər toplantıda müzakirə olunur.
Tədbirdə “Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlı kadrlarla bağlı mövcud vəziyyət və gələcək inkişaf perspektivləri” mövzusuna həsr olunan plenar iclasda Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov çıxış edib. O, beynəlxalq münasibətlər sistemində beynəlxalq təşkilatların rolundan, beynəlxalq aləmdə baş verən geosiyasi proseslərdən, Azərbaycanın müstəqil dövlət kimi bu sistemdəki yerindən danışıb və dövlət başçısının bu cür təşəbbüslərə hər zaman dəstək verdiyini deyib: “Beynəlxalq və regional təşkilatlarda çalışan hər bir azərbaycanlının vəzifəsi öz mandatları çərçivəsində işləməkdir. Düşünürük ki, siz mandatınız çərçivəsində nə qədər yaxşı çalışsanız, orada Azərbaycanı bu cür də təmsil edəcəksiniz və onun imici üçün çalışmış olacaqsınız. Azərbaycanın beynəlxalq təşkilatlarda çalışan 100-ə qədər nümayəndəsi var və düşünürəm ki, bu çox azdır. Biz gələn toplantılarımızda bunu 150-200 etməliyik. Məqsədlərdən biri də beynəlxalq təşkilatlarda çalışan azərbaycanlılar, eyni zamanda Azərbaycanın müxtəlif strukturları ilə onlar arasında informasiya mübadiləsini gücləndirməkdir. Bizim bir-birimizlə informasiya mübadiləmiz nə qədər çox olarsa, bir-birimizi nə qədər yaxşı tanıyarıqsa, onda köməyimiz, yardımımız da yaxşı olar”.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Azərbaycanda uzun illər ərzində diaspora hərəkatı nostalji hisslərdən indi daha konkret tələblər qoyulma dövrünə kimi inkişaf edib. Onun sözlərinə görə, bu gün dünyanın 70-dən artıq ölkəsində azərbaycanlılar təşkilatlanıb Azərbaycan həqiqətlərini dünyaya, yaşadıqları ölkələrin cəmiyyətinə çatdırmaq üçün geniş istiqamətli fəaliyyətlər göstərirlər. Azərbaycanın nəinki regionda, dünya siyasətində də öz yerini tutduğunu deyən N.İbrahimov qeyd edib ki, bu qədər qlobal sarsıntılar dövründə Azərbaycan çox stabil, dinamik, düşünülmüş bir siyasət nəticəsində möhkəm tərəfdaş kimi mühüm yerə çatıb: “Lakin gələcəkdə xarici təşkilatlarda çalışan azərbaycanlıların fəaliyyətinə, diaspora təşkilatlarına olan yardımınıza, diaspor təşkilatlarının daha yüksək səviyyəyə çatmasında təcrübənizə, biliyinizə, aldığınız təcrübəyə böyük ehtiyac var”.
Tədbirdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və digərləri tədbirin əhəmiyyətindən danışaraq, beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların fəaliyyətindən bəhs ediblər.
“Azərbaycan vətəndaşları beynəlxalq təşkilatlarda öz mandatına uyğun olaraq çalışır və öz dövlətini təmsil edir. Digər tərəfdən, onların hansısa təşkilatda fəaliyyəti, ünsiyyəti hər bir formada vətəndaşı olduğu Azərbaycan barədə təsəvvür yaradır. Onların ölkəmiz barədə müsbət təəssürat yaratması təqdirəlayiqdir”.
Bunu "Beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların I toplantısı"nda iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Onun sözlərinə görə, 90-cı illərdə ümid etmək olmazdı ki, Azərbaycan vətəndaşları beynəlxalq təşkilatlarda geniş miqyasda vəzifələrdə çalışacaq: “Hazırda beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayı o qədər də qaneedici deyil. Azərbaycan vətəndaşlarının bir-biri ilə əlaqə saxlaması beynəlxalq qurumlarda geniş imkanlar yaradır və bu çərçivədə çevik şəbəkənin yaradılması lazımdır. Mənim sözlərimi beynəlxalq mandatdan kənara çıxmaq kimi anlamayın, amma imkan daxilində belə əlaqələndirmə mümkündür. Məlumat mübadiləsi və əlaqələndirmədə birinci məqsəd Azərbaycanın marağına uyğun regional və trans-regional layihə təşəbbüslərini irəli sürmək və onların Azərbaycanda reallaşdırılmasına imkan yaratmaqdır. Daha bir məqsəd, yaxud təklif, beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayının artırılması üçün bir-birinə yardım etmək, təcrübələri bölüşmək, vakansiyalar olduğu zaman namizədliyini irəli sürməkdir. Bu, Azərbaycana ona görə lazımdır ki, Azərbaycan ölkə, dövlət, millət olaraq güclənir, inkişaf edir və beynəlxalq nüfuzu artırır".
Nazir müavini həmçinin qeyd edib ki, dünyada Azərbaycana qarşı çıxan müəyyən qüvvələr var və erməni təbliğatı bunlardan biridir: "Azərbaycan bütün imkanlardan istifadə edib öz mövqeyini düzgün çatdırır. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi beynəlxalq prinsiplər əsasında qurulub və əksər ölkə, təşkilatlar tərəfindən dəstəklənir. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və rəsmi Bakı ərazi bütövlüyü prinsipindən heç vaxt geri çəkilməyəcək".
Qaçqın və məcburi köçkünlərin məsələsinə toxunan A.Əzimov bildirib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri həll olunur, onlar üçün qəsəbələr salınır, lakin bu tədbirlər müvəqqətidir: “Dövlət onlara yardım edir, lakin məntəqələrin yaradılması məsələnin həlli kimi təqdim olunmamalıdır, bu müvəqqəti tədbirdir. Onların problemi yalnız öz torpaqlarına qayıtması ilə həll olunmalıdır”.Beləliklə gördüyünüz kimi təşkil olunan bu toplantı erməni lobbisinə ciddi zərbə vuracaq imkanlara malikdir və ardıcıl şəkildə davam etdiriləcək işlər effekt verəcək. Diplomatik xətlə yanaşı qeyd edək ki, bu gün Heydər Əliyev Fonduda erməni lobbisinə qarşı sistemli mübarizə aparır və dünyaya millətlərarası münasibətlərin inkişafı, dini və milli tolerantlığın qorunması yollarını göstərir. Bu günə qədər Heydər Əliyev Fondu beynəlxalq miqyasda onlarla simpoziumun keçirilməsinə nail olub və bu iş indidə davam ertdirilir. Həqiqətən də bu gün erməni lobbisinin atdığı addımları zərərsizləşdirmək üçün tək dövlət yox, cəmiyyətdə aktiv olmalı və bu bəladan bir dəfəlik qurtulmalıyıq.
Bunu da qeyd edək ki, məhz Heydər Əliyev Fondunun effektli siyasətindən sonra bir çox beynəlxalq təşkilatlar erməni lobbisinin təsirindən çıxdılar və Azərbaycana dəstək üçün real addımlar atdılar. Çünki millətlərarası münasibətlərin inkişafına dəstək verən bir cəmiyyətin işğalçı bir cəmiyyət ola bilməməsini aydın şəkildə gördülər. Dünənə qədər erməni lobbisi Azərbaycanı ifrat müsəlman ölkəsi kimi təqdim edirdisə, məhz Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində gördülər ki, Azərbaycanda dini tolerantlıq ən yüksək səviyyədə qorunur və deyilənlər cəfəngiyyatdır. Dünya Yəhüdi Konqresi hətta açıqlama verərək bəyan etmişdi ki, Azərbaycan yəhüdilərin ən rahat yaşadığı ilk dövlətlərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Səhifəni hazırladı Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49