Ölkə prezidentindən bir daha hümanist addım
11:15 19-03-2014
İQTİSADİYYAT
Ölkə prezidentindən bir daha hümanist addım
Əlillərin və şəhid ailələrinin övladları təhsil haqqından azad olundular
Son zamanlar prezident İlham Əliyev bir sıra sahələrdə ciddi islahatlara start verdi. Bir tərəfdən kadr dəyişiklikləri həyata keçirtməklə insanları narazı salan məmurları komandadan kənarlaşdırır, digər tərəfdən isə sosial yönlü islahatları həyata keçirərək insanların sosial durumunun yaxşılaşmasına nail olur.
Bu baxımdan təhsil sektorunda aparılan islahatlarıda xüsusi ilə qeyd etmək lazımdır. Mikayıl Cabbarovun nazir təyinatından sonra sanki təhsil sektorunda bir canlanma müşahidə olunmağa başladı. Bir tərəfdən rüşvətə ağır zərbə vuruldu, digər tərəfdən isə təhsil sektorunda kadr islahatları həyata keçirtməklə qərb standartlarının tətbiqinə start verildi. Bu arada isə prezident İlham Əliyev yeni sərancamla Azərbaycan cəmiyyətini sözün həqiqi mənasında sevindirdi. Belə ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb.
Modern.az saytı xəbər verir ki, sərəncama görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53