Yüksək postlu nurçular təşviş içindədirlər
Bu təriqətin tərəfdarı olan deputatların biznesləri əllərindən alınacaq
Bu günlərdə Elnur Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib.Qeyd edək ki, deputat Rəbiyyət Aslanovanın oğlu E.Aslanovun adı son vaxtlar Ərdoğan-Gülən savaşı fonunda hallanır.
Onun da nurçular şəbəkəsinə sıx bağlı olduğu deyilir.Elnur Aslanov Fətullah Gülənin Azərbaycandakı şəbəkəsinin əsas adamlarından biri hesab olunurdu və Türkiyədə Gülən təriqəti ilə Ərdoğan arasında mübarizə başlayandan sonra onun adı gündəmdə idi.Ötən həftə isə Elnur Aslanovun Türkiyədən Fətullah Gülənə yazdığı məktub internetə sızdırılmışdı. Həmçinin Fətullah Gülənin Azərbaycandakı məktəblərini idarə edən"Çağ Öyrətim" şirkətinin rəhbəri Enver Özverenin "hoca"ya yazdığı məktub Türkiyə kəşfiyyatı tərəfindən ələ keçirilmişdi və yayılmışdı.Həmin məktubda ad çəkilməsə də fətullahçıların Prezident Administrasiyasındakı önəmli adamından bəhs olunurdu. Bildirilirdi ki, onun sayəsində fətullahçılar Azərbaycanın dövlət strukturlarına, o cümlədən təhsil, fövqəladə hallar nazirliklərinə uğurla yerləşdirilib.Elnur Aslanovun adı Fətullah Gülənə bağlılığa görə mətbuatda müzakirə mövzusu olanda onun anası, parlamentin İnsan Haqları Komitəsinin rəhbəri olan Rəbiyyət Aslanova bəyanatla çıxış edərək oğlunun "bütün hücumlara səbrlə sinə gərən böyük siyasətçi" olduğunu demişdi.Prezident Administrasiyasının məmurunun siyasətçi, özü də "böyük siyasətçi" kimi qələmə verilməsi hakimiyyət dəhlizlərində birmənalı qarşılanmadı.Lakin fətullahçıların təmizlənməsi əməliyyatı təkcə Elnur Aslanovla məhdudlaşmaya bilər. Qeyd edək ki, Türkiyə dairələri tərəfindən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədovun, ARDNŞ vitse-prezidentlərindən birinin, hətta xarici işlər və müdafiə nazirlərinin fətullahçılarla yaxınlığına dair iddialar ortaya atılıb. Həmçinin parlamentdə də fətullahçı deputatların olduğu barədə danışılır.Apardığımız araşdırmalar da təsdiq edir ki, hazırda Azərbaycandakı nurçular təşviş içindədirlər. Çünki bunlar Azərbaycanda artıq bir şəbəkə qurublar və milyonlarla manatlıq sərmayəyə malikdirlər. Təkcə bunu demək kifayətdir ki, bu gün nurçuların nəzarətində bir televiziya, 2 radio, 2 qəzet, 15 sayt mövcuddur. Həmçinin səhiyyə sektorunda və təhsil sahəsində imperiya formalaşdıra biliblər. Nəzərə alaq ki, bu gün Azərbaycanda orta sahibkarlıqda demək olar ki, tamamı ilə nurçuların əlindədir. Ekspertlər hesab edir ki, əslində Elnur Aslanov Azərbaycanda nurçuların əsas adamı deyildi. O , olsa-olsa bu həlqədə 5-6-cı adam sayıla bilinərdi. Buna görə hesab etmək olar ki, nurçular Elnur Aslanovun intiqamını almaq üçün hansısa addımlar atsınlar. Buna görə də hesab edilir ki, nurçu ovu davam etdirilməlidir. Ən çətini isə millət vəkilləri ilə bağlı məsələ olacaq. Çünki hazırda parlamentdə 20-yə qədər deputatın nurçu olduğu söylənilir. Bu qədər deputatı isə mandatsız qoymaq prinsipcə parlamentin buraxılması kimi bir şey olacaq. Ekspertlər hesab edir ki, buna görə yəqin ki, bu millət vəkillərinin maddi resursları kəsiləcək, biznesləri əllərindən alınacaq ki, bununla da onları dolayısı ilə neytrallaşdıracaqlar. Bundan başqa məlum olur ki, icraedici strukturlarda da kifayət qədər çox nurçu var, hətta 2 nurçunun nazir postuna belə sahiblənə bildiyi deyilir. Əgər 30 martda Türkiyədə ki, bələdiyyə seçkilərində Ərdoğan hakimiyyəti qələbə qazanarsa, deməli Bakıda bu nurçular postlarını bir dəfəlik itirəcəklər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12
2024-12-26 13:33:10
2024-12-26 13:23:39
2024-12-26 13:23:00
2024-12-26 13:02:00
2024-12-26 12:34:30
2024-12-26 12:26:14