Nahid Əsədov dünya çempionu oldu
Nahid Əsədov dünya çempionu oldu

“Qızıl Oğlan” ləqəbli idmançı rəqibləri üzərində tam qələbə qazandı

Son illər həyata keçirilən islahatlar sırasında idmana olan yanaşma diqqəti daha çox cəlb edir. Prezident İlham Əliyevin idman sahəsinə olan qayğısının nəticəsi olaraq Azərbaycan ilk Avropa olimpiadasına ev sahibliyi edəcək.
Bu isə sözsüz ki, idmana olan marağı daha da artıracaq və daha ciddi uğurlara imza ata biləcəyik. Xatırladaq ki, hazırda idmanın bütün sahələrinə ayrı yanaşma var və bu yanaşmaya görə bir sıra idman növləri sürətlə Azərbaycanda inkişaf etməkdədir. Bu baxımdan Nahid Əsədovun da son uğurunu xüsusi ilə qeyd etmək vacibdir. Belə ki, Muay-Tay üzrə Azərbaycan yığmasının kapitanı Nahid Əsədov Taylandda keçirilən Dünya çempionatında qalib olub.Dünya çempionatında “Qızıl Oğlan” ləqəbli idmançı rəqibləri üzərində tam qələbə qazanaraq birinci yerə layiq görülüb.Qeyd edək ki, “Qızıl Oğlan” ləqəbli Nahid Əsədov dəfələrlə Azərbaycan çempionu, avropa və dünya mükafatçısıdır. Nahid Əsədov WFKA versiyası üzrə Asiya kəmərinə sahib çıxıb və əlbəyaxa döyüş növü üzrə dünya çempionu olub. Bunu da qeyd edək ki, əslən Qubadlıdan olan Nahid Əsədov həm də vətəndaş mövqeyi ilə seçilən idmançılarımızdandır. Hətta bir müddət öncə o prezident İlham Əliyevə müraciətdə göndərmişdi. Müraciətdə bildirilirdi:-“Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azadlığa buraxılması üçün gördüyünüz qətiyyətli tədbirlər ölkəmizin bütün gəncləri kimi məni də ürəkdən sevindirir. Müqəddəs bayrağımızı, milli qürurumuzu qoruyan qeyrətli Azərbaycan zabitinə sahib çıxmağınız, qayğı göstərməyiniz Sizə olan sonsuz inam və sevgimizi bir daha artırır. Bu xeyirxah əməlinizlə yenidən sübut etdiniz ki, ölkəmizin hər bir vətəndaşının, hər bir azərbaycanlının Prezidentisiniz.Qəti əminik ki, Sizin rəhbərliyiniz və komandanlığınızla işğalçı erməni ordusu torpaqlarımızdan qovulacaq, ərazi bütövlüyümüz təmin ediləcək, Xankəndində, Qubadlıda və digər rayonlarımızda Azərbaycan bayrağı dalğalanacaqdır”.Bunu da qeyd edək ki, bir müddət öncə Nahid Əsədov WFKA versiyası üzrə Asiya kəmərinə sahib çıxmışdı.Belə ki, 76 kq çəkidə mübarizə aparan idmançımız Rusiyanın Çelyabinsk şəhərində keçirilən döyüşdə ermənistanlı Edqar Osayan üzərində qələbə qazanmışdı. Ən maraqlısı isə bu idi ki, Nahid erməni idmançı Osayanla qarşılaşaraq qələbə qazanmışdı.
Fuad Əliyev