Eldar Əzizovdan şikayətlər səngimir
10:50 28-03-2014
CƏMİYYƏT
Eldar Əzizovdan şikayətlər səngimir
Sumqayıtda "yaşıl soyqırım" dayanmaq bilmir
"Sumqayıtın 9-cu mikrorayonunda yaşıllıqlar məhv edilir, binaların həyətində iri marketlər, əlavə binalar tikilir". Bunu Sumqayıtın 9-cu mikrorayonunun sakinləri bildiriblər.
Sakinlər yaşadıqları küçədəki binaların qarşısında olan ərazilərin satılmasından narahatdır: "İllərlə yaratdığımız yaşıllıq məhv edilib, indi yerli icra hakimiyyəti həmin əraziləri satır. Heç kəs bilmir ki, satılan yerdə nə tikiləcək. Həyətyanı sahələr satılandan sonra uşaqlarımızın oyun meydançası, istirahət yerimiz olmayacaq".
Sakinlər satışa çıxarılmış sahələrdə park salınmasını istəyirlər: "Çünki mənzillərimizdə eyvanda yoxdur ki, təmiz hava alaq. Bundan başqa, uşaqlarımız idmanla məşğul olurlar deyə, idman meydançasına da ehtiyacımız var".
Sumqayıt şəhər İcra Hakimiyyətindən isə 9-cu mikrorayondakı binaların qarşısında hansısa torpaq alverini təkzib edirlər. Bildiriblər ki, icra hakimiyyəti həmin ərazidəki qanunsuz eyvan artırmalarını ləğv edir. Binaların qarşısında yaşıllıqlar salır. Hazırda bir neçə binanın qarşısı buna görə qazılıb.
Qeyd edək ki, Eldar Əzizovun Sumqayıta icra başçısı təyinatından sonra ən çox məhz "gənclik şəhəri"ndəki yaşıllıqların məhv edilməsi, ağacların qırılması ilə bağlı şikayət edilir. Sumqayıt rəhbərliyinin təkziblərinə rəğmən, sakinlərin bu cür şikayətlərinin səngiməsi isə yaşıllıqların qorunması və artırılması baxımından bu şəhərdə həqiqətən də ciddi problemlərin varlığına dəlalət edir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00