
Prezident nazirə general-polkovnik rütbəsi verdi
Prezident İlham Əliyev Milli təhlükəsizlik naziri Eldar Mahmudova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama görə Azərbaycanın Milli təhlükəsizlik naziri Eldar Əhməd oğlu Mahmudova general-polkovnik ali hərbi rütbəsi verilib.
Prezident həmçinin Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələrin verilməsi ilə bağlı sərəncam da imzalayıb:
general-leytenant ali hərbi rütbəsi:
general-mayor Hilal Mirzəli oğlu Əsədova
general-mayor Əli Sabir oğlu Şəfiyevə
general-mayor ali hərbi rütbəsi:
polkovnik Tarverdi Məmməd oğlu Məmmədova.