İnsanilik və korrupsiya
11:00 28-03-2014
CƏMİYYƏT
İnsanilik və korrupsiya
Korrupsiya sonucdur, onu doğuran səbəblərin kökü isə insansızlıqla, inamsızlıqla bağlıdır
Cəmiyyəti, münasibətləri, şəraiti yaradan insandır. Bütün quruluşların ideyası əvvəlcə insanın ağlında yaranıb, sonra gerçəkliyini tapıb. Sözügedən mövzunun qəlizliyi ortadadır.
Korrupsiya sonucdur (nəticədir), onu doğuran səbəblərin kökü isə insansızlıqla, inamsızlıqla bağlıdır. Nə qədər ki, insanilik əsasında yaşam qaydası olmayacaq, nə qədər ki, insanilik ölçüsüylə hadisələr dəyərləndirilməyəcək, nə qədər ki, insan dediyini ömründə yaşamayacaq, sözlə əməl arasında birlik olmayacaq, deməli, belə qayğıların nəinki azalacağı, əksinə, artacağı gözləniləndir.
Cəmiyyətdəki münasibətlərin qaynağı insanlararası səviyyədir, İnamdır. İnsani səviyyə yüksək olarsa, münasibətlər də insaniliyin ifadəsi kimi meydana çıxar. Yüksək insani ideallar uğrunda yaşayan insanın əməli də sözünə uyğun olur. Əgər insan antiinsani, şər yönündə duyğulanır, düşünürsə, əməli də o cür olur, olacaq. Sual olunur: necə olur, cəmiyyətdə daha çox antiinsani hallara meyl var və bunun kökünü kəsmək hamıya çox çətin gəlir? Ona görə ki, cəmiyyətdə yazılmamış qanunlarla təsbit olunan əməllərin yaşaması ağıllarda, altşüurda normalaşır, insaniliyə, rəsmi qanunlara uyğun olmasa da, onların yaşadılması, ona uyğun yaşamaq qaçılmaz təbii sayılır. Kimi az, kimi də çox bu cür yaşamağı az qala açıq şəkildə hünər sayır. Adamlar asanlığı seçirlər, halal yaşamaq kimi çətinliyi çox zaman seçə bilmirlər, istəmirlər. Ona görə də insanı köklü, dərin tərbiyə tələb olunur. Kitablarda doğrular sevilir, öyülür, ancaq gerçək yaşamda çox zaman lağ obyektinə çevrilir.
Ona görə də çətin olsa belə, həmişə insanilik əsasında yaşayan örnək insanlar olmalıdır. Sözə uyğun yaşamağı adamlar bir-birindən ummalı və istəməlidirlər. Bu məsələnin bir tərəfi. Asif Ata Ocağı olaraq təklifimiz odur ki, ilk növbədə orta məktəblərdə "İnsanilik" dərsi keçilsin. İnsanın pulçuluğa meyli durmadan artır. Məgər korrupsiyanın kökündə daha böyük pullaşmaq ehtirası durmurmu?
Korrupsiyaçı maddi zənginliyi hər şey sayır və bu məqsədinə çatmaqdan ötrü hər cür yola gedir. Necə olur ki, təhsil prosesində çoxsaylı fənlər, eləcə də insan anatomiyası öyrədilir, ancaq insan mənəvi yöndən öyrədilmir? Cəmiyyətdəki bəlaların səbəbinin insansızlıq olduğu bilinməli və buna qarşı dediyimiz yöndə mənəvi özül yaradılmalıdır. Təhsilin, məncə, əsas işi bu yöndə olmalıdır. İnsanilik əsasında yaşayan, fədakar, vicdançı, təmənnasız şəxs korrupsiyaya gedərmi? Cəmiyyətdə belə hesab edirlər ki, konkret hadisəyə qarşı konkret əməl problemin kökünü kəsəcək. Min illərdir ki, bu cür qayda var: cinayətkarı həbs etmək cinayətin kökünü kəsmir, əksinə, yeni-yeni cinayət imkanları yaradır. Asif Ata deyir ki, cinayətin ən böyük cəzası - insanlaşmadır. Ən çətin iş də budur. Üzdə olan işlər insani qayğıların həllinə tam kömək ola bilmir, qayğılar daha da artır və düyünlənir.
İnsanın daxildən yaranması, özünü yaratması gərəkdir. Buna inanmaq gərəkdir. İnsanlığa uyğun yaşamayanın nəyə desən getməsi mümkündür. Pulçuluq əsasında yaşamaq adamları pis mənada bir-birindən asılı edir, dairəyə salır, çeşidli əzablar gətirir. İnsanlıq əsasında yaşamaq isə insana yenilməz fərəh gətirir. Bunu anlayanda, buna uyğun yaşayanda insanlar xoşbəxt olacaqlar. İnsana sevgisi olan fərd istismarçı olmayacaq, başqasının haqqını yeməyəcək. Cəmiyyət qanunları əsasında yaşamaq insanları xoşbəxt eləmir. Şübhəsiz, bütün qanunları yaradan insandır. Ancaq mənəviyyata, insanlığa əsaslanan qanunlar öndə olması gərəkdir. Ocaq istəyir ki, mənəviyyatın birinciliyi, maddiyyatın ikinciliyi ideyası ömürləşsin.
İnsanlar İnam qanunu, İdrak qanunu, Mənəviyyat qanunu, İradə qanunu əsasında yaşamalıdır. Məqsəd odur ki, gözəl istəklər sözdə qalmasın, ciddi bir yönə çevrilsin. Dediyimiz ideyaların gerçəkləşməsi isə fədakar ömürlər tələb edir.
İşıqlı Atalı
Digər Xəbərlər
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00