Aydın Bəşirov Azərbaycana qayıtmaq istəmir
15:04 30-03-2014
CƏMİYYƏT
Aydın Bəşirov Azərbaycana qayıtmaq istəmir
Keçmiş “gəmiçilik şefi” hələ də ölkə xaricindədir
Son prezident seçkilərindən sonra vəzifəsi ilə vidalaşan və həbs təhlükəsinin olduğu iddia edilən sabiq "gəmiçilik şefi" Aydın Bəşirov ölkə xaricindədir. O, Azərbaycanı xeyli vaxt əvvəl tərk edib və hələ də ölkəyə qayıtmayıb. Bəşirovun hazırda Türkiyədə - qardaş ölkədəki biznesinin başında olduğu bildirilir.
Xatırladaq ki, bu ilin əvvəlində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun oğlunun ov edərkən çəkilən fotoları internetdə yayılmış: “CASPAR”ın sabiq şefi isə bununla bağlı münasibət bildirərkən, ""Biz Dubayda olmuşuq. Məgər Dubayda ov edirlər? Bütün Bakı Dubayda idi, nə ov? Dubayda ov edirlər? Heç ovçu olduğumuzu bilmirdim. Oğlum və nəvələrim yanımda olublar, biz qaban ovlamamışıq" deyərək, sözarası "Hazırda Türkiyədəyəm" deməklə Azərbaycanda olmadığını ağzından qaçırmışdı.
Həmin açıqlamadan əvvəl isə bəzi KİV-lər belə məlumat yaymışdılar ki, "ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovu Bakı Beynəlxalq Hava Limanından geri qaytarıblar. Sabiq CASPAR şefi Almaniyaya gedirmiş. Hava alanında saxlanan A.Bəşirov ağır xəstə olduğunu və Almaniyaya müalicəyə getdiyini söyləsə də, onu eşidən olmayıb. A.Bəşirova deyiblər ki, əmr yuxarıdan verilib, onun ölkədən çıxmasına qeyri-rəsmi qadağa var. Məhz həmin xəbərdən sonra Bəşirovun əvvəlcə Dubayda, sonra isə Türkiyədə olmasını deməsi bu məlumatın yalan olmasını vəzifəsindən uzaqlaşdırıldıqdan sonra belə haqqında davamlı mətbuata kompromatlar ötürən bədxahlarına "yıxılmadım, ayaqdayam" ismarıcı göndərməsi şəklində yorumlanmışdı.
Amma aradan 3 aya yaxın vaxt keçdikdən sonra da sabiq “gəmiçilik şefi”nin ölkəyə qayıtmadığına dair xəbərlərin gəlməyə başlaması maraq doğurur. Bu xəbərlər doğrudursa, onda belə çıxır ki, “CASPAR”ın sabiq rəhbərinin başı üzərindən təhlükə buludları hələ də dağılmayıb və Bəşirov məhz bu səbəbdən Azərbaycana dönmək istəmir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55