Baş nazir müavininin adı qalmaqalda
10:35 01-04-2014
CƏMİYYƏT
Baş nazir müavininin adı qalmaqalda
Elçin Əfəndiyevin əsəri ətrafında nə baş verir?
Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov Akademik Milli Dram Teatrında qalmaqal yaradıb. Belə ki, teatrın səhnəsində oynanılan "Qatil" tamaşasındakı yataq səhnələri Alim Qasımovu əsəbiləşdirib və o, tamaşanı yarımçıq tərk edib.
Məlumata görə, xalq artisti əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun dəvəti ilə bu tamaşaya baxmağa gəlibmiş. Elə buna görə də etirazını ucadan, yüksək tonla Ə.Mahmudbəyova bildirib: "Ədə Əbdül, məni hara gətirmisən? Bu nə biabırçılıqdır? Gəzmədiyim ölkə qalmayıb, amma mən dünyanın heç bir ölkəsində belə bir biabırçılıq görməmişəm..."
Onun "Qatil"ə olan etirazlı çıxışını aktyorlar, rejissorlar, hətta teatrın direktoru bilsə də, əhəmiyyət verən olmayıb.
Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov açıqlamasında məlumatı təsdiqləyib: "Bizi o tamaşaya Mehriban Ələkbərzada və baş rolun ifaçısı Münəvvər Əliyeva dəvət etmişdi. Biz müasir ola, avropalaşa bilərik, amma müqəddəs şeyləri qorumalıyıq. Bizi yaşadan dəyərlər - namus, qeyrət ölçüsüdür. "Azdrama"da bir dənə də olsa ekspert, teatr tarixinə toxunulası heç nə eləmirlər. Akademik Teatrda elə eybəcər səhnəni elə eybəcər şəkildə təqdim etmək açıq-aydın əxlaqa, dəyərlərə ziddir. Tamaşada seks səhnələrini təqdim etmək milli qəhrəmanların həyatını təqdim etməkdən qat-qat çətin və məsuliyətlidir. Bu səhnələr elə dəqiqliyi ilə işlənməlidir ki, insanlarda nifrət hissi yaratmasın. Yoxsa, müasir düşünürəm, nə bilim Avropaya baxış yolverilməzdir. Mən buradan Mədəniyyət və Turizm nazirinə, teatrın direktoru İsrafil müəllimə də səslənirəm. Belə əttökən seks səhnələri eləmək düzgün deyil. Biz bu biabırçılığa dözə bilməyib tamaşanı tərk etdik. Bizdən savayı hansısa institutun 60-dan yuxarı tələbəsi vardı. Onlar da Alim müəllimin səsini eşidib, narazı halda zalı tərk etdilər. Sonra Mehriban xanımla qarşılaşdıq. O, mənə dedi ki, tamaşadan narazı halda getməyinizdən xəbərim var. Təbii ki, mən ona cavab vermədim. Anlaya bilmirəm, bunlar avropalılardan da o tərəfə keçmək istəyir? Bəlkə daha da çılpaq olmaq istəyirlər?"
Qeyd edək ki, tamaşanın ssenari müəllifi yazıçı-dramaturq Elçin Əfəndiyev, rejissoru isə Mehriban Ələkbərzadədir.
Həm də baş nazir müavini olan Elçin Əfəndiyevin yaşananlara reaksiyası bəlli deyil. İndi daha çox maraq doğuran odur ki, əksər yaşlı yazıçılar kimi, gənc yazarları açıq-saçıqlıqda, milli-mənəvi dəyərlərə qarşı çıxmaqda suçlamağı sevən məmur-yazıçı öz əsəri ətrafında yaşananlara nə reaksiya verəcək?!
Günel Əkbər
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55