Cahangir Əsgərov yaxın qohumunu işdən qovdu
10:36 01-04-2014
CƏMİYYƏT
Cahangir Əsgərov yaxın qohumunu işdən qovdu
"Dopinq qalmaqalı" islahat dalğasına start verdi
Məlum olduğu kimi, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yaymışdı.
Bildirilirdi ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.
İndi isə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası azərbaycanlı idmançılara (IWF) ağır cəza kəsildiyi ilə bağlı rəsmi saytında məlumat yerləşdirib. Yer alan məlumatda bildirilir ki, Azərbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntiqam Zairova iki il, Zülfüqar Süleymanova isə ömürlük yarışlarda iştirak etmək qadağan edilib.
Hətta Azərbaycanın Ağır Atletika Federasiyasına yeni komandanın təşkil edilməsi barədə məsləhətlər də verilib.
Dünən bununla bağlı "Azərbaycan Hava Yolları" QSC-nin ("AZAL") prezidenti Cahangir Əsgərovun rəhbərlik etdiyi federasiyada maraqlı gəlişmələr yaşanıb. Günün birinci yarısında Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərovla əlaqə saxlayan axar.az saytının əməkdaşı qurum rəsmisindən əsəbi halda cavab alıb. İcraçı direktor növbəti dəfə bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır: "Hələ bu barədə mətbuata məlumat vermək istəmirik. Özümüz də araşdırma aparırıq. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ilə əlaqə saxlamağa çalışırıq. Aydınlaşdırıb bir xəbər deyəcəyik".
Qeyd edək ki, federasiya rəsmiləri idmançılarımız medaldan məhrum edilərkən də bu tip açıqlama vermişdilər. Amma onların araşdırmalarının heç bir nəticəsi olmadı, idmançılarımız ağır cəzaya məruz qaldı.
Dünən həmçinin o da məlum olub ki, bu biabırçılıqdan sonra Azərbaycan Ağır Atletika Federasiyasında ciddi kadr islahatları həyata keçiriləcək. Məlumat verən mənbə bildirib ki, federasiya prezidenti Cahagir Əsgərov baş verən hadisədən bərk qəzəbləndiyi barədə bir neçə gün əvvəl "Unikal"da yazılanlar doğrudur. Belə ki hələ idmançılarımız cəzaya məruz qalarkən federasiya rəsmiləri Əsgərovu əmin ediblər ki, narahatçılığıa heç bir əsas yoxdur, anlaşılmazlıq olub və hər şey qaydasına düşəcək. İdmançılarımız ağır cəzaya məruz qalandan sonra Cahangir Əsgərovun səbr kasası daşıb. Məlumata görə, Əsgərov Azərbaycan Ağır Atletika Federasiyasını tam tərkibdə buraxmaq haqda düşünür. Federasiyada və milli komandaların məşqçi heyətində də ciddi kadr islahatları həyata keçiriləcəyi bildirilir.
Dünən günorta saatlarında isə məlumat gəlib ki, artıq Cahangir Əsgərov ilk kadr islahatını gerçəkləşdirib. Federasiyanın icraçı direktoru İsgəndər Əsgərov vəzifəsindən qovulub. Qeyd edək ki, İsgəndər Əsgərovun Cahangir Əsgərova yaxın qohum olduğu deyilir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55