Şərq dünyasında vətənə xəyanət xəstəliyi
10:46 01-04-2014
CƏMİYYƏT
Şərq dünyasında vətənə xəyanət xəstəliyi
Türkan Azad: "İnqilablar ilk növbədə beyinlərdə olmalıdır"
Şərq dünyasında növbəti maraqlı olay Pakistanda baş verdi. İslamabadda məhkəmə Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfə vətənə xəyanət ittihamını rəsmən elan edib., Pərviz Müşərrəf məhkəmə iclasında şəxsən iştirak edib.
O, barəsindəki ittihamların əsassız olduğunu deyib və günahsızlığını bəyan edib.Pərviz Müşərrəf Pakistan Konstitusiyasının fəaliyyətini dayandırmaqda və yüksək rütbəli hakimləri vəzifədən qanunsuz uzaqlaşdırmaqla ittiham olunur.Bu isə o deməkdir ki, Pərviz Müşərrəf vətənə xəyanət maddəsi ilə ölüm hökmünə məhkum oluna bilər. Amma bizi məsələnin başqa tərəfi maraqlandırır. Nədən müasir zamanımızda belə şərq dünyasında vəzifədən gedən, istefaya yollanan əksər dövlət başçısı haqqında vətənə xəyanət maddəsi ilə cinayət işi açılır? Qeyd oluna bilər ki, bu şəxslər ya həqiqətən vətənə xəyanət ediblər, ya vətəndaşların haqqı kütləvi şəkildə pozulub deyə belə proseslər baş verir. Amma apardığımız araşdırmalar göstərir ki, bu heç də belə deyil. Hətta elə dövlət başçıları olub ki, kifayət qədər normal cəmiyyətlər belə yarada biliblər. Elə Pərviz Müşərrəfin özü Pakistan iqtisadiyyatını yenidən qurdu, ordu sistemini kifayət qədər mükəmməlləşdirdi. Bəs onda məsələnin kökündə nə dayanır? "Unikal"a açıqlama verən psixoloq Türkan Azadın fikrinə görə bunun bir sıra ciddi səbəbləri var:-"İlk növbədə qeyd edim ki, Avropa artıq uzun illərdir ki, krallıq psixologiyasından qurtula bilib. Yəni Avropada kimsə vəzifəyə gəlirsə buna ötəri bir dövr kimi yanaşır. Amma yaxın şərqdə bu psixologiya dəyişməyib və yeni hakimiyyətə gələn şəxs özündən öncəkini real təhlükə olaraq görür. Bu səbəbdən də belə nəticələr ortaya çıxır. Bundan başqa çox təəssüflər ki, dini faktorda var. Belə ki, bu gün şərq dünyasında əsas din olan İslam dini müxtəlif təriqətlərə parçalanaraq bir vasitəyə çevrilib. Buna görə hansısa təriqətdən olan dövlət başçısı başqa tərəfdən olan siyasi rəqibinə həm də mənəvi düşmən kimi yanaşır və nəticədə bildiyiniz kimi olur. Gəlin elementar Suriya olaylarına baxaq. Xalq ayağa qalxdı, inqilab elədi və sonra aydın oldu ki, xalq inqilabı sadəcə olaraq təriqətlərarası inqilaba çevrilib. Bu gün Suriyada minlərlə insan məhf olur, Suriya isə faktiki dövlətçiliyini itirmək üzrədir". Bunu da qeyd edək ki, yaxın şərqdə baş verən bahar inqilablarının hamısı belə nəticələr yaradıb. Bunların sırasında yalnız Misirdə normal seçkilər keçirildi və yeni hakimiyyət quruldu. Amma altı aydan sonra bu hakimiyyətdə devrildi və hamısı vətənə xəyanət maddəsi ilə ittiham olundular. Bahar inqilabının belə sona çatmasını isə psixoloq Türkan Azad belə şərh etdi:-"Burada artıq vətəndaşların psixoloji problemləri olub. Yəni bu cəmiyyətlər hansısa yeni inqilablara hazır olmayıblar. Sadəcə olaraq dünənki yaşayışlarından qopub yenilik axtarıblar. Amma bu yenilik nədən ibarət olmalıydı,bax bunu bilmirdilər. Buna görə də axtarışdadırlar. Amma nə axtardıqlarını da sona qədər bilmirlər. Nəticədə günü-gündən yaşayış durumları pisləşir və toplumda ciddi psixoloji sarsıntılar yaranır. Bunu da deyim ki, Misir olayları yenidir. Biz baxsaq görərik ki, İraq, Əfqanıstan kimi dövlətlərdə on ildən artıqdır ki, bu cür toqquşmalar baş verir və bunun sonu görünmür". Beləliklə gördüyünüz kimi əslində adi görünən bir problemin ciddi kökləri var və görünür ilk növbədə beyinlərdə inqilablar getməlidir.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55