Sabir Rüstəmxanlı: “Elnur Aslanov Türkiyəyə gedəndə dedim ki...”
12:37 02-04-2014
CƏMİYYƏT
Sabir Rüstəmxanlı: “Elnur Aslanov Türkiyəyə gedəndə dedim ki...”
“Mən uzun illər nurçuluğun Azərbaycanda yayılmasının əleyhinə olmuşam. Buna görə də onlar tərəfindən mənə qarşı zaman-zaman kampaniya aparılıb”.
Bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı açıqlamasında deyib.
Millət vəkili qeyd edib ki, nurçuların şəbəkəsinə bağlı olan məktəblərin hamısını ləkələmək olmaz: “Onların aralarında müsbətləri də var. Lakin məni nə nurçulara yaxın, nə də onların düşməni kimi təqdim etmək doğru olmaz. Nurçulara düşmən kimi baxmıram. Sadəcə olaraq, bu prosesin və buna bənzər kənardan bizə tətbiq edilən dini təmayüllərin - vəhabilikdən başlamış nurçuluğa qədər, yaxud xristian dünyasından gələn müxtəlif dini təriqətlərin - zərərli meyllərindən Azərbaycanı qorumaq istəyirəm. Məqsədim bu olub. Mübarizə apardıqlarımın içində də nurçuluq ön planda olub”.
S. Rüstəmxanlı bildirib ki, adı nurçuluqda hallanan Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov tərəfindən ona qarşı aparılan kampaniyanın səbəblərindən biri də onun nurçuluğa qarşı tutduğu mövqeyi olub. Onun sözlərinə görə, burda başqa motivlər də ola bilərdi, amma şübhəsiz, bunun da təsirləri var idi.
Millət vəkili maraqlı bir faktı da açıqlayıb:
“İki il öncə Elnur Aslanovun başçılıq etdiyi heyət Xocalı soyqırımı ilə bağlı Türkiyədə mitinqə hazırlıq görürdü. Bu iş onlara tapşırılmışdı. Mən gördüm ki, onlar bu işi Türkiyədə dini kəsim və nurçuların köməyi ilə edirlər. İş o yerə gəldi ki, asılan böyük plakatlarda Xocalı ilə yanaşı, Suriyadakı Hums hadisələrinə qarşı da şüarlar yer alıb. Yəni Suriyadakı daxili savaşla Xocalı eyniləşdirilmişdi. Mən o vaxt burdan gedənlərə, Elnur Aslanova və həmkarımız, dostumuz Ceyhun Osmanlıya dedim ki, Xocalının Suriyanın daxili savaşına nə aidiyyəti var? Bunu eyniləşdirmək olmaz. Dedilər ki, burdakı həmkarlarımız belə məsləhət gördülər. Mən buna etiraz etdim. Hətta mətbuat konfransında arxadakı plakatı götürdüm ki, bu yanaşma ilə özümüzə böhtan atırıq. Xocalı Azərbaycanın daxili savaşı deyil, bunu ermənilər törədiblər. Onlarda belə yanaşmalar var idi, hətta Azərbaycanın Xocalı kimi faciəsinin dünya çatdırılmasında da müəyyən arzuolunmaz neqativ hallar ortaya çıxardırdılar”.
S. Rüstəmxanlı qeyd edib ki, o bunları deyərkən kiminsə ürəyində özünə qarşı mənfi rəy yaranacağını düşünməyib: “Məqsədim doğruluq olub. Onların ürəyində bunlar qalıb ya yox, bunu deyə bilmərəm. Onu deyə bilərəm ki, bu adamlar heç bir əsası olmadan milli mənafelərə, milli dəyərlərə söykənən, milli xətti müdafiə edən adamları hədəf seçirlər. Şübhəsiz, mən də onlardan biriyəm. Ona görə də onlara layiq olduqları səviyyədə cavab vermişəm”.
Qeyd edək ki, seçkidən əvvəl E. Aslanovun himayəsində olan media orqanlarında S. Rüstəmxanlı haqqında mütəmadi olaraq neqativ materiallar yayımlanırdı. Daha sonra “Qanun” nəşriyyatı ilə bağlı yaranmış problemdə “bunun arxasında Elnur Aslanov dayanır” açıqlamaları da maraq doğururdu.
Alı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49