Cəmil Həsənli kasıblayıb
12:38 02-04-2014
CƏMİYYƏT
Cəmil Həsənli kasıblayıb
Milli Şura sədrinin evini satışa çıxarması xəbəri yayılıb
Prezidentliyə keçmiş namizəd, Milli şuranın sədri Cəmil Həsənli bir vaxtlar Milli Məclisdən verilmiş "Deputatların binası"ndakı mənzilini satmaq istəyir.
Bu barədə Mia.az-a binada yaşayan deputatlardan biri məlumat verib. Bildirib ki, C.Həsənli mənzili ilə bərabər, binanın zirzəmisində olan obyektini də satışa çıxarıb: "Mənzil və obyektini neçəyə satdığını isə deyə bilmərəm. Bunu özüylə dəqiqləşdirə bilərsiniz!".
Maraqlısı odur ki, C.Həsənli Mia.az-ın xəbərinə anlaşılmayan münasibət bildirib. O bildirib ki, mənzilini satması barədə yayılan məlumat doğru deyil. Meydan TV-yə açıqlamasında bu barədə yazılanları təkzib edib. Milli Şura sədri bildirib ki, mənzilini satmaq fikrində deyil:
"Ev, yaxud obyekt satmaq ehtiyacdan yaranır, başqa necə ola bilər? İkinci, mənim obyektim də yoxdur. Amma mən mənzilimi satmıram, daha doğrusu, kirayə verirəm. Ona görə bu barədə geniş danışmağa ehtiyac görmürəm".
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49