18 dövlət orqanında boş vəzifə var
12:50 02-04-2014
İQTİSADİYYAT
18 dövlət orqanında boş vəzifə var
Komitə dövlət orqanlarında iş istəyənlərə üzrə 381 vakant vəzifəyə 441 vakant yer ayrılıb
Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.
Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı aprelin 1-dən 30-dək, saat 18:00-a kimi DQMK-ya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər.
Müraciət forması Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə, şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Elan edilmiş müsabiqəyə 18 dövlət orqanı üzrə 381 vakant vəzifəyə 441 vakant yer ayrılıb. Belə ki, DQMK-da 2 vəzifə üzrə 2 yer, Mədəniyyət və Turizm Nazirliyində 24 vəzifə üzrə 26 yer, Dövlət Statistika Komitəsində 62 vəzifə üzrə 68 yer, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 7 vəzifə üzrə 7 yer, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 17 vəzifə üzrə 18 yer, Dövlət Sosial Müdafiə Fondunda 210 vəzifə üzrə 250 yer, Dövlət Dəniz Administrasiyasında 22 vəzifə üzrə 22 yer, Satınalmalar üzrə Dövlət Agentliyində 2 vəzifə üzrə 2 yer, Milli Televiziya və Radio Şurasında 4 vəzifə üzrə 4 yer, Milli Arxiv İdarəsində 3 vəzifə üzrə 3 yer, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində 8 vəzifə üzrə 8 yer, Azərbaycan prezidenti yanında Ali Attestasiya Komissiyasında 3 vəzifə üzrə 3 yer, Şirvan Apellyasiya Məhkəməsində 4 vəzifə üzrə 10 yer, Şəki Apellyasiya Məhkəməsində 7 vəzifə üzrə 10 yer, Şəki İnzibati-İqtisadi Məhkəməsində 1 vəzifə üzrə 3 yer, Şabran Rayon Məhkəməsində 1 vəzifə üzrə 1 yer, Hacıqabul Rayon Məhkəməsində 3 vəzifə üzrə 3 yer, Şamaxı Rayon Məhkəməsində 1 vəzifə üzrə 1 yer nəzərdə tutulur.
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20