Azərbaycandakı erməni əsir qaytarılacaq
12:02 04-04-2014
CƏMİYYƏT
Azərbaycandakı erməni əsir qaytarılacaq
Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşının öz ölkəsinə geri qaytarılması ilə bağlı danışıqlar prosesi davam edir. Bunu açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib. Onun sözlərinə görə, bu istiqamətdə üç tərəfli danışıqlar gedir:
“Normal bir formada danışıqlar gedir. Bəzi məsələlərə aydınlıq gətirilməlidir. Yəqin ki, bu ay ərzində erməni gəncin geri qaytarılması mümkün olacaq. Gəncin özü ilə də görüşlər gedir. Bir ay müddətində bu məsələ ilə bağlı qərar qəbul olunacaq. Çalışırıq ki, məsələyə 30-40 gün müddətində aydınlıq gətirək və daha sonra qərar qəbul edək. Hazırda dəqiq vaxtla bağlı heç nə deyə bilmərik”, - deyə katib bildirib.
Ş. Sayılov erməni gəncin üçüncü ölkəyə getmək niyyətinin olmadığını da söyləyib. Onun sözlərinə görə, erməni gəncin belə bir istəyi olsaydı, bunu elan edərdi.
Qeyd edək ki, martın 7-də günorta saatlarında Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı 1991-ci il təvəllüdlü Arsen Ananyayeviç Xocayan saxlanılıb. Onun bir qədər əvvəl də eyni istiqamətdə Ermənistanan gəlmiş Mamika Xocayanla qohum olduğu məlum olub.
Digər Xəbərlər
2024-11-02 21:25:41
2024-11-02 19:18:18
2024-11-02 18:40:05
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24
2024-11-02 10:59:26
2024-11-02 10:25:05
2024-11-02 09:16:28
2024-11-02 00:42:30
2024-11-01 20:46:23
2024-11-01 20:41:58