Şeyx nurçulara qarşı mübarizəyə çağırdı
12:05 04-04-2014
CƏMİYYƏT
Şeyx nurçulara qarşı mübarizəyə çağırdı
“Bəzi qüvvələrin tolerantlığımıza, bərabərliyimizə, din-dövlət münasibətlərinə zərbə vurmaq, eyni zamanda dövlətimizi zəiflətmək və dövlətə mənəvi cəhətdən təcavüz etmək imkanlarının yarandığını hiss edirəm Bu təcavüzlər həm ölkənin cənub, həm də şimal bölgəsində öz təsirini göstərir. Son vaxtlar isə bu hallar daha çox şimal bölgəsində müşahidə olunur”.
Bunu Quba rayonunda din xadimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
QMİ sədri Suriyaya döyüşməyə gedənlər haqqında da danışıb. O bildirib ki, torpaqlarımızın işğal altında olduğu bir vaxtda bəzi vətəndaşlarımızın səsi Suriyadan gəlir: “Onların orda qanları axıdılır. Bəzən onları şəhid adlandırırlar. Bu düzgün deyil. Din adamı öncə öz ailəsini və torpağını qorumalıdır”.
A. Paşazadə Azərbaycan Respublikasının qanunlarına əməl etməyən dindarlara qarşı birgə mübarizə aparmağın vacibliyini bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti dindar insanlar üçün hər cür şərait yaradıb: “Yeni-yeni məscidlər tikilir və bu iş davam etdirilir. Təkcə məscidlər deyil, digər dinlərin nümayəndələri üçün eyni şərait yaradılıb. Bu gün özünü vəhhabi, nurçu və təkfirçi adlandıran şəxslər öz siyasətlərini Azərbaycan dövlətçiliyinə qarşı aparmamalıdır. Hər bir dövlətin öz qayda-qanunu var. Əgər bu insanlar dövlətin qanununu qəbul eləmirlərsə, onlara qarşı birlikdə mübarizə aparmalıyıq. Bununla mübarizə aparmaq tək mollaların işi deyil, hamı bu yolda bir olmalıdır”.
QMİ sədri kənar qüvvələrin Qubada təxribat törətmək niyyətlərinin baş tutmayacağını da bəyan edib.
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31