Ermənilər yazar Mahir Qabiloğluna hucum etdilər
12:05 04-04-2014
CƏMİYYƏT
Ermənilər yazar Mahir Qabiloğluna hucum etdilər
Yazıçı əsk həmləsini etdi
Yazıçı Mahir Qabiloğlunun ermənilərlə savaşı deyəsən dərinləşir. Daha doğrusu ermənilər Mahir Qabiloğlunu hədəfə alıblar. Səbəb isə sadədir. Belə ki, bu günlərdə Azerichild.info erməni saytı Azərbaycanlı müəllif Mahir Qabiloğlunun “Ərmən-Şuşanikin sevgisi” hekayəsini dərc etmişdi. İndi isə Ponnorama.az saytı məsələnin üstünə yenidən qayıdıb.
Saytda iddia olunur ki, məhz ermənilər bu hekayəni tərcümə edib yayandan sonra, Azərbaycanda da bir sıra saytlar hekayəni rus dilində tərcümə ediblər. Sayt daha sonra hekayə erməni dilində çap olunandan sonra Mahir Qabiloğlunun modern.az-a verdiyi açıqlamanıda olduğu kimi dərc ediblər:-“ Mənim üçün də gözlənilməz oldu. Görünür hədəfi düz vurmuşuq deyə, götürüb tərcümə ediblər”.
Erməni saytı yazır ki, göründüyü kimi, nə Azərbaycan saytının redaksiyası, nə də müəllif yazının tərcümə edilməsinin və çapının motivlərini başa düşməyiblər. Buna görə də Azerichild.info saytı izahatla çıxış edib:
“Biz müəllifin digər əsərləriylə tanış deyilik. Əgər başqa yazılarında da müəllif erməni fobiyası toxumu səpirsə, ona minnətdar olarıq. Biz onları da tərcümə edər, öz saytımızın səhifələrində çap edərik.
Sivil cəmiyyətlərdə “kollektiv məsuliyyət” anlamını başa düşmür və qəbul etmirlər. Onlar bunu da qəbul etmirlər ki, necə ola bilər ki, bir etnosun zərif məxluqları bütövlükdə məkrli (xeyirxah, qəddar, sevimli) ola bilərlər. Amma sivil cəmiyyət ksenofobiyanı yayılmasından və millətlərarası qırğınlarının qızışdırılmasından çox gözəl məlumatlıdırlar. Və bu baxımdan Azərbaycanın bütün səviyyələrdə qəbulolunmaz belə şeyləri yayması nəzərdən qaçmamalıdır.
O ki qaldı müəllifin şərhinə... biz bilirik ki, o bu hekayəni yazmaqda və çap eləməkdə hansı məqsədi güdüb. Bizim məqsədimiz isə - Mahir sizə minnətdar olmaqla - bütün dünyaya tolerant Azərbaycanın iç üzünü göstərməkdir.
Yeri gəlmişkən. Çox əlamətdar haldır ki, Azerichild.info-dan sonra bu təbliğatı və erməni fobiyasını populyarlaşdırmaq məqsədilə hekayə təcili olaraq tərcümə olunub və və rus dilli “Zerkalo.az və Strategiya.az portallarında yerləşdirilib”.
Saytda yazılanlarla bağlı növbəti dəfə Mahir Qabiloğlu açıqlama ilə çıxış etməli olub:-Birincisi, mən hekayəni yanvar ayından rus dilinə tərcümə etdirmişəm. Ruscası “Zerkalo” qəzetində çoxdan çap olunub, sadəcə sayta gec yerləşdirilib. “Ədalət” qəzeti, “Adalet.az”, “Strategiya.az” saytları da sağ olsun, hər iki dildə yazımı çap edib, səhifələrində yerləşdiriblər.
İkincisi, erməni saytında gedən tərcümədə çoxlu xətalar var.
Üçüncüsü, bir Azərbaycanlı kimi mənim erməni millətinə yox, bu milləti sürü kimi idarə edərək qəddarlaşdıranlaradır.
Dördüncü, mən bədii bir yazı yazmışam, öz qəhrəmanlarımı yaratmışam. Və göstərmişəm ki, sevginin içində hər zaman bir hiylədə ola bilər.
Erməni fobiyasından söz açırlar. Əslində erməni toplumuna illər boyu rəhbərlik edənləri,kilsə nümayəndələri bir insanafobiya aşılayıblar. Buna görə də əsrlər boyu erməni toplumu ətraflarındakı bütün xalqlardan ya qorxub ya da nifrət edib. Elə mənim hekayəmi bu şəkildə təqdim etməkdə bunun nümunəsidir. Məsləhət görərdim ki, bu hekayəni oxuyaraq yaşadıqları insanafobiyadan çıxsınlar. Bu yaxında yəqin ki, bir sürprizim olacaq. 1918-ci il 29 mayda imzalanan bir sənədlə onları “şad edəcəyəm”. Görüm bunu da tərcümə edib çap edəcəklər, ya yox? Onda görüm nə deyəcəklər – “armyanafobiya”, yoxsa “azərbaycanafobiya”?
Ermənilərin təbirincə desək “Armyanafobiya” mövzusunda mənim digər yazılarımda var. Məhz “Ərmən-Şuşanikin sevgisi” hekayəsinin də yer aldığı Modern.az saytındakı müəllif sıramda yerləşdirilib. “Erməni qadınları və Azərbaycanlıların erməniləşdirilməsi prosesi...” və “Serj Sarkisyanla arvadının söhbəti” yazılarını da düzgün-dürüst tərcümə edib yerləşdirsəniz şad olaram. “Debil Armen” hekayəmi isə gələn ay çapa verəcəyəm.
Ağlıma bir ideya da gəldi. “Ərmən-Şuşanikin sevgisi” və “Erməni qadınları və Azərbaycanlıların erməniləşdirilməsi prosesi...” adlı yazılarımı Azərbaycan və rus dillərində kitab halında çap edib ZAQS-lara paylamaq və təzə evlənənlərə cehiz kimi paylamaq. Necə ki, Zori Balayanın “Ocaq” kitabını ermənilər cehizlərinin şahı sayırlar.
Sonda üzümü məni erməni fobiyası və millətlərarası nifaqı qızışdırmaqda təqsirləndirən Azerichild.info və Panorama.am erməni saytlarına bir sual vermək istəyirəm: Ermənistanda nə qədər Azərbaycanlı var? Yaxud da Azərbaycanda erməni familiyası daşıyan nə qədər erməni var. Və ya Azərbaycanda adını, familiyasını dəyişən, millətinin adından imtina edərək ermənidən çönüb “Azərbaycanlı” olan nə qədər erməni var? Cavab tapsalar bizim xalqın tolerantlığından ağızdolusu danışa bilərlər. Sivil saydıqları xalqlara da danışsalar “sağ ol” deyərəm”.
Digər Xəbərlər
2024-12-27 15:56:04
2024-12-27 15:53:00
2024-12-27 15:45:44
2024-12-27 14:54:59
2024-12-27 14:39:28
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10