Azərbaycanın daxili işlər naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
12:08 04-04-2014
CƏMİYYƏT
Azərbaycanın daxili işlər naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan nazir Ramil Usubov iki dost və qardaş ölkənin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələrdən, Türkiyə Jandarm Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımdan, kadr hazırlığı sahəsindəki rolundan bəhs edib, qonağın bundan öncə Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı vəzifəsində çalışdığı zaman sözügedən məsələyə xüsusi həssaslıqla və diqqətlə yanaşmasını məmnunluqla xatırladaraq göstərilən hərtərəfli dəstəyə və yardıma görə Türkiyə tərəfinə, şəxsən Necdet Özelə minnətdarlığını bildirib. R.Usubov iki qardaş dövlətin müvafiq qurumları arasında əməkdaşlığın potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib.
Daha sonra nazir kriminogen durum barədə qısa məlumat verib, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitliyin yaradıldığını və dönməzliyinin təmin olunduğunu, bunun ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaratdığını diqqətə çatdırıb.
Problemlərə toxunan cənab R.Usubov transmilli mütəşəkkil cinayətkarlığın bütün forma və təzahürlərinə, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və insan alveri ilə yalnız birgə səylərlə mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel dost və qardaş Azərbaycanda yenidən olduğundan məmnunluğunu bildirib, iki ölkənin aidiyyəti orqanları, o cümlədən Silahlı Qüvvələrin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib və bu əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alpər Coşqun da iştirak edib.
Digər Xəbərlər
2024-12-27 14:54:59
2024-12-27 14:39:28
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12