“Milli Şuranın heç bir perspektivi olmayacaq”
12:17 04-04-2014
CƏMİYYƏT
“Milli Şuranın heç bir perspektivi olmayacaq”
Sülhəddin Əkbər xalqın dəstəyini qazana bilməyəcəyi təqdirdə qurumun məhv olacağını bəyan edib
“Milli Şura demokratik qüvvələrin Koordinasiya Mərkəzinə çevriləcəksə, xalqın dəstəyini qazana biləcəksə, perspektivi olacaq. Əgər bu vəzifələri yerinə yetirə bilməyəcəksə, nəinki Milli Şuranın, heç bir qurumun perspektivi olmayaq”.
Bu barədə Milli Şuranın üzvü, Azad Demokratlar Partiyasının (keçmiş ACP-red) Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər publika.az-a açıqlamasında deyib. Onun fikrincə, bütün demokratik qüvvələr bir araya gəlsələr də xalqın dəstəyini qazana bilməsələr yenə də perspektiv olmayacaq: “Cəmiyyətdə ictimai-siyasi passivlik var və seçkilərdən sonra bu passivlik daha da güclənir. Dəyişikliyə inam yaranmayana qədər ola bilsin ki, bu ictimai-siyasi passivlik davam edəcək”.
S.Əkbər yaratdığı yeni partiyadan da danışıb. Hazırda qurultaya hazırlıq prosesinin getdiyini deyən təşkilat komitəsinin sədri yeni partiyanı iyunda təsis etmək fikrində olduqlarının, ona qədər isə rayon təşkilatlarında təsiri konfranslarının yekunlaşdırılacağını bildirib. “Partiyanın bütün rayonlarda şöbələri yaradılacaq. İnsanların əhval-ruhiyyəsi həmişə dəyişkəndir. Gələcəyə ümidlə baxırıq. İndiki şərtlərdə yeni partiyanın yaradılması nə qədər çətin olsa da bu partiyanı yaradacağıq. Hazırda KXCP-nin qərargahında fəaliyyət göstəririk. Qurultaydan sonra yeni qərargah barədə düşünəcəyik. Qanuna görə rəsmi sənədlərimiz təsis qurultayının sənədləri olacaq. Təsis konfransı keçirərkən protokollar tərtib ediləcək. Nizamnamə qəbul etmədiyimizə görə partiyanın rəhbər orqanları və müvafiq təlimatlar da yoxdur. Daha sonra Ədliyyə Nazirliyinə müraciət olunacaq. Partiyanın adından da göründüyü kimi liberal-demokratik partiyadır: “Təməl prinsipləri fərdiyyətçilik, liberal məhdud dövlət, azad bazar iqtisadiyyatı, nümayəndəli demokratiya və insan haqları olacaq. Müxalif mövqedə dayanıb Azərbaycanın azadlığı, demokratiyası, hüquqi dövlət, açıq cəmiyyət qurmaq uğrunda mübarizə aparacağıq. Xarici siyasətin əsas sektoru ölkəmizin Avropaya və Avroatlantik məkana inteqrasiyasıdır”- deyə o bildirib.
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40