Səlim Müslümov BMT-nin Komitə sədri ilə görüşüb
12:24 04-04-2014
CƏMİYYƏT
Səlim Müslümov BMT-nin Komitə sədri ilə görüşüb
Nazir Azərbaycanın sosial siyasətin müsbət tərəfləri barədə məlumat verib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin sədri xanım Maria Soledad Sisternas Reyeslə görüşüb.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin XI sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Komitənin sədri xanım Maria Soledad Sisternas Reyeslə görüşüb. Görüşdə S.Müslümov Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə xanım M.S.Sisternas Reyesə ətraflı məlumat verib. İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan siyasətin mərkəzində ilk növbədə insan amilinin dayandığını və Azərbaycanın sosial dövlət statusunu daim gücləndirən bir ölkə olduğunu vurğulayan nazir bildirib ki, ölkəmizdə əlilliyi olan vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində də tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının 2008-ci ilin oktyabr ayında BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasına və həmin Konvensiyanın Fakültativ Protokoluna qoşulmasını da dövlətin bu sahədə siyasətini mütərəqqi dünya praktikasından irəli gələn yanaşmalara uyğun qurmaq əzminin ifadəsi olduğunu söyləyən, Nnzir ölkə əlillərinin bərpa-müalicəsi sisteminin inkişaf etdirilməsi ilə yanaşı, onların ictimai həyata fəal inteqrasiyasını təmin edən sosial reabilitasiya modelinin tətbiqinin genişləndirildiyini də qeyd edib. Xanım M.S.Sisternas Reyes Konvensiyada nəzərdə tutulan öhdəliklərin icrası ilə bağlı Azərbaycanda işgüzar mühitin olmasından, bu sahədə ölkəmizdə aparılan işlərdən məmnunluğunu ifadə edib. Görüşdə Konvensiyaya münasibətdə Azərbaycanda aparılan işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycandan 7 yaşlı sağlamlıq imkanları məhdud uşağın hazırladığı əl işi xatirə olaraq xanım M.S.Sisternas Reyesə təqdim olunub.
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40