Müsavat başqanı çıxılmaz duruma düşüb
01:24 06-04-2014
CƏMİYYƏT
Müsavat başqanı çıxılmaz duruma düşüb
Bakı Şəhər İcra Hakimiyyəti İsa Qəmbərin yalanının üstünü açdı
Xəbər verdiyimiz kimi, Müsavat Partiyası uzun müddət idi ki, qurultayını keçirməli olsa da, buna maraq göstərmir. Bu günə kimi yer məsələsini bəhanə gətirən partiya yenə də ənənəvi yalanlarını davam etdirmək istəyib.
Amma dünən Bakı Şəhər İcra Hakimiyyətindən verilən açıqlama Müsavat Partiyasının yalanını üzə çıxardı. Belə ki, bir müddət öncə qurultayın mayın 26-da keçirilməsi barədə qərar qəbul olunsa da, sonradan Müsavat Partiyasının başqanı İsa Qəmbər bu dəfə də ali tədbirin təxirə salınmasına qərar vermişdi. Bunu meriyanın onların qurultaya yer ayrılması ilə bağlı müraciətlərinə cavab verməməklə əlaqələndirirdilər. Dünən isə xoruzun quyruğu göründü və Müsavatın qurultayla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciəti ilə bağlı real vəziyyət üzə çıxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib ki, məktub yeni daxil olub və müraciətə baxılacaq. Göründüyü kimi, Müsavat rəhbərliyi iki ay öncə deyil, bu günlərdə məktub göndərib ki, meriya məsələyə hələ baxmayıb. "Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultayla bağlı müraciətinə baxdıqdan sonra cavab məktubu hazırlanacaq və cavab veriləcək". - deməsi də Bakı Şəhər İcra Hakimiyyətinin bu məsələdə hər hansı bir qərəzinin olmadığını göstərir.
Vəziyyətin belə olduğunu görən Müsavat Partiyasının rəhbərliyi məsələni fərqli müstəviyə çəkməyə çalışıb. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin açıqlamasından sonra danışan Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub partiyasını vəziyyətdən çıxarmaq üçün meriyanı ittiham edib. Bakı Şəhər İcra Hakimiyyətinin qanunlara zidd gedərək, öz bildiyi kimi hərəkət etdiyini iddia edən V.Əyyub bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultay üçün etdiyi müraciətinə qarşı sayğısızlıq edib: "Belə çıxır ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının bu müddət ərzində onlara göndərdiyi məktubdan xəbərsiz olub. Hər bir məktuba isə cavab verilmə müddəti var. Biz də bu səbəbdən məhkəməyə müracət etdik. Paytaxt rəhbərliyi hüququ məsuliyyət daşıyır".
Bu barədə "Unikal"a məlumatı müsavatçılardan biri deyib ki, partiya meriyaya iki ay əvvə deyil, yeni müraciət edib. Onun sözlərinə görə, İsa Qəmbər əvvəlcədən planlaşdırdığı kimi qurultayı gecikdirmək istəyib: "Amma meriyadan verilən cavabdan da göründüyü kimi, Müsavat gec müraciət edib ki, may ayına kimi məktuba cavab verilməsin. Ondan sonra səs-küy salınsın ki, Bakı Şəhər İcra Hakimiyyəti yer ayırmadığı üçün qurultay ertələndi. Ancaq meriya Müsavatı çıxılmaz vəziyyətə saldı. Hər halda, artıq partiyanın bu bəhanəsi də əlindən alındı".
Bizi bilgiləndirən şəxs onu da qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat rəhbərliyini fakt qarşısında qoymaq üçün qısa müddət ərzində müraciətə baxıb yer ayrılması ilə bağlı qərar verə bilər. Bu isə Müsavat başqanı İsa Qəmbərin bütün planlarını alt üst edəcək.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-27 16:14:44
2024-12-27 15:56:04
2024-12-27 15:53:00
2024-12-27 15:45:44
2024-12-27 14:54:59
2024-12-27 14:39:28
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10